Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:40

Əsir düşəgəsində keşikçi olmuş 95 yaşlı alman ABŞ-dan çıxarılıb


Polşa, Nasistlərin əsir düşəgəsi, arxiv foto

İkinci Dünya Müharibəsi zamanı əsir düşərgəsində keşikçisi olmuş 95 yaşlı Fridrix Karl Berger'i Amerikadan Almaniyaya depotasiya edilib. Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat verib.

Keçmiş təhlükəsizlik işçisi 60 ildən çox imiş ki, ABŞ-da yaşayırmış.

Məsələyə münasibət bildirən Ədliyyə naziri Monty Vilkinsonun deyib ki, Bergerin deportasiyası onu göstərir ki, ABŞ insanlıq əleyhinə cinayətlərində və digər insan haqları pozuntularında iştirak edənlər üçün təhlükəsiz bir sığınacaq deyil.

Deportasiya qərarı, Bergerin yaşadığı Tennessee məhkəməsi tərəfindən keçən il verilib. O, 1945-ci ildə Hamburq yaxınlığındakı bi əsir düşərgəsində məhbusların öldürülməsində iştirakda şübhəli bilinib.

Ancaq dekabr ayında Almaniyada Bergerə qarşı iddia bağlanıb. O, Hollandiya sərhəddi yaxınlığındakı Meppen bölgəsindəki məhbusları bir neçə həftə qoruduğunu etiraf edib, lakin heç bir qətl və məhbuslarla pis rəftarın şahidi olmadığını söyləyib.

Celle prokurorluğu onun ifadəsinə etiraz edə bilməyib. ABŞ məhkəməsi daha əvvəl Bergerin qoruduğu düşərgədə məhbusların "dəhşətli" şəraitdə saxlanıldığına qərar verib.

ABŞ Ədliyyə Nazirliyi hesab edir ki,əsirlər "tükənməyə və ölümə qədər" işləməyə məcbur olunublar.

Berger ölkəyə depotasiya olunandan sonra Alman hökuməti onun sərbəst bir adam olduğunu elan edib və hazırda onun barəsində heç bir cinayət istintaqı aparılmır.

Lakin onun Celle prokurorluğunun tələbi ilə dindiriləcəyi gözlənilir.

Reuters agentliyinə görə isə daha əvvəl, fevral ayında Almaniya prokurorluğu 100 yaşlı almanı Saxzenhauzen toplama düşərgəsində təhlükəsizlik işçisi vəzifəsində çalışarkən törədilən 3500-dən çox insanın qətli ilə bağlı cinayətdə iştirak etməkdə günahlandırıb.

XS
SM
MD
LG