Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:47

Vazgen Manukyanın Paşinyanla bağlı ‘A’ və ‘B’ planları


Vazgen Manukian mitinqdə, 20 fevral 2021
Vazgen Manukian mitinqdə, 20 fevral 2021

Fevralın 20-də Yerevandakı mitinqdə çıxış edən Ermənistandakı müxalif hərəkat liderlərindən biri Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefasına nail olacaq "A" və "B" planlarını açıqlayıb.

Beləki müxalifət Paşinyanı Qarabağdakı məğlubiyyətin səbəbkarı sayır.

Paşinyanın güvənci

Nikol Paşinyan
Nikol Paşinyan

Manukyana görə, mitinqlərə nə qədər insan toplansa da Paşinyan könüllü istefa verməyəcək.

"Bu o deməkdir ki, onun nəyə güvəndiyini qırmaq lazımdır" deyə o bildirib.

Manukyana görə, baş nazirin güvəndiyi ilk qrup, problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır.

"Bu vətəndaşlara bu ölkədə nə baş verdiyini və nəyin baş verəcəyini izah etmək bizim borcumuzdur".

"Türk-Azərbaycan proqramının mənafeyinə xidmət etdiklərinin fərqində olmayan polislər..."

Müxalifət lideri güc stukturları ilə bağlı da fikirlər səsləndirib.

“İkinci sütun güc strukturlarıdır. Bunlar, bəzən öz maraqlarından çıxış edərək öz dövlət vəzifələrini icra etdiklərinə inandıqları, bu gücə xidmət edərək Türk-Azərbaycan proqramının mənafeyinə xidmət etdiklərinin fərqində olmayan polislər, Milli Təhlükəsizlik Xidmətidir. Onlara qarşı sərt olmalıyıq, onları inandırmalı və həmişə onlara bir xilas yolu qoymalıyıq. Əmin olun ki, bütöv bir xalq şəhərdə uzun müddət dayansa, könüllü olaraq xalqa qoşulacaq. Ancaq sərt və inandırıcı olmalısan.

Amma Manukyan Paşinyana güc verən üçüncü qüvvədən də danışıb.

"Üçüncü qüvvə, parlamentdə Nikol Paşinyanın dayağı olan millət vəkilləridir. Onlara qarşı sərt, inandırıcı olmalısan və həmişə onlara bir xilas yolu qoymalısan ” deyə o, əlavə edib.

"B" planı -nümayişlər, tətillər...

Yerevanda mitinq, fevral 2021
Yerevanda mitinq, fevral 2021

Manukyana qaşıda duan problmlərin həll etməyin yollarından bir də davamlı nümayişlər olduğunu deyib.

“Ermənistan qaynamalı, nümayişlər hər gün keçirilməli, şəhər iflic olmalı, tətillər olmalı, maşın konvoyları bütün Ermənistanı gəzməli, insanları etiraz etməyə, insanları birləşdirməyə və birlikdə Nikol Paşinyanın dayandığı sütunları sındırmağa çağırmalıdır. Bunun üçün iş, vaxt lazımdır. Ancaq "B" planı da var: hər an, istər bu gün olsun, istər bir həftədən, istər on gündən sonra, qiyam yolu ilə ildırım sürəti ilə hakimiyyəti almağa hazır olmalısan "deyə Vazgen Manukyan bildirib.

B planına hazır olub A planı ilə getmək...

Manukyan “hər zaman B planına hazır olaraq A planı yolu ilə gedəcəyik” deyib.

Bunun üçün əsas şərt "komitələr yerli olaraq, bütün kəndlərdə, bütün bölgələrdə, kollektivlərdə yaradılmalıdır" deyən Manukyan meydana toplaşanlara xitab edərək "hazır olun, insanlar" deyib.

Çiçəklənən Ermənistan parlament partiyası da daxil olmaqla 15-dən çox siyasi partiyanın daxil olduğu Vətəni Qurtarmaq Hərəkatı, Baş nazir Nikol Paşinyanın istefasını və Vazgen Manukyanın müvəqqəti baş nazir seçilməsinin mümkün olduğu bir keçid hökuməti qurulmasını istəyir.

Amma müxaliətin təxminən 1 il sonra keçirilməsini istədiyi erkən sçkilərdə Manukyanın özü iştirak etməyəcəyini bildirib.

Müxalifət hərəkatına daxil olan partiyalar, Baş nazir Nikol Paşinyan və ya onun siyasi komandası tərəfindən təşkil ediləcək erkən seçkiləri qəbul etmilər. Bəyan edirlər ki, belə olsa seçkilər saxtalaşdırılacaq.

Hakim qüvvə nümayəndələri isə ədalətli seçkiləri təşkil edə bilməyəcəkləri fikrini rədd edərək hazırda Ermənistanda erkən parlament seçkiləri üçün heç bir ictimai tələbin olmadığını deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG