Keçid linkləri

Təcili xəbərlər
2021, 09 Mart, çərşənbə axşamı, Bakı vaxtı 02:37

Keçmiş bələdiyyə sədri məhkəmə qarşısında


N.Niftiyev

Binəqədi bələdiyyəsinin keçmiş sədri, "Azadinform" saytının baş redaktoru Niyaz Niftiyevin məhkəməsi başlayıb. O, bələdiyyə sədrinin müavini olmuş Mətanət Nəsibova və Bələdiyyə vergiləri və yerli gəlirlər şöbəsinin müdiri Sahib Abışovla birlikdə mühakimə olunur.

İttihamlar

Təqsirləndirilən 3 nəfərdən yalnız Niftiyev həbsdədir. Fevralın 19-da məhkəmədə vəkili onun da ev dustaqlığına buraxılmasını istəyib. Amma vəkilin bu haqda vəsatəti təmin edilməyib.

Vəkil Ənnağı Məmmədli sabiq bələdiyyə sədrinin istintaqda bir sıra hüquqlarının pozulduğunu vurğulayıb. Həmin pozuntulara görə də işin istintaqa qaytarılması haqda vəsatət qaldırıb. Lakin bu vəsatət də təmin edilməyib.

Təqsirləndirilən şəxslərə CM-in 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1 və 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar rüşvət alma) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Bələdiyyələrin fəaliyyəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

431 saxta arayış?

İttihama görə, bələdiyyə sədri və şöbə rəisi birlikdə 431 nəfərə saxta arayış satıblar. Arayışlarda həmin adamların qəsəbə ərazisində meyvə-tərəvəz və başqa yeyinti məhsullarının satışıyla məşğul olduqları yazılıb.

Niftiyev özünü təqsirli bilmir, heç kimdən pul almadığını, bələdiyyənin vəsaitlərinin də təyinatı üzrə xərcləndiyini deyir.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü olmuş Niftiyev "Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə" "Tərəqqi” medalı ilə təltif edilib. O, 2019-cu ilin dekabrındakı seçkidən sonra bələdiyyə sədri olmuşdu.

XS
SM
MD
LG