Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:51

Tərtərdə mülki şəxs minaya düşərək həlak olub


Azərbaycanda minaların təmizlənməsinə BMT niyə qoşula bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycanda minaların təmizlənməsinə BMT niyə qoşula bilmir?

Fevralın 18-i, saat 18 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində iki ölkə vətəndaşının "Niva" markalı avtomobillə minaya düşdüyü bildirilir. Onlardan bir nəfərin həlak olduğu vurğulanır.

Bu barədə Tərtər rayon Prokurorluğunun fevralın 19-da yaydığı məlumatda bəhs edilir.

Məlumata görə, bu, aparılmış istintaqla müəyyən edilib. Kriminalistlərin məhkəmə-tibbi ekspertlərinin iştirakı ilə hadisə yerinə keçirdikləri baxış zamanı orada meyit fraqmentləri aşkarlanıb: "...Hadisənin şahidi olmuş Elşən Abbasov dindirilib".

Məlumatda bildirilir ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100-2-ci (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma) və başqa maddələri ilə cinayət işi başlanıb.

Dinc dövrdə minadan ölənlərin sayı...

Artıq işğaldan azad edilən ərazilərdə belə halların tez-tez təkrarlandığı bildirilir.

Azərbaycan Baş Prokurorluğunun hələ fevralın 9-da yaydığı məlumata görə, 10 noyabr 2020-ci il tarixdən həmin vaxtadək işğaldan azad edilmiş ərazilərdə minaya düşmələri nəticəsində 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub, 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azərbaycan rəsmiləri belə halların tez-tez baş verməsini qarşı tərəfin onlara minaların xəritəsini təqdim etməməsi ilə izah edir. Habelə, mülki şəxslərin də işğaldan azad olunan ərazilərə icazəsiz səfərləri tövsiyə edilmir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Recommended

XS
SM
MD
LG