Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:59

Azərbaycanın 'Dostluq'da payı 30 faizdir


Anlaşma Memorandumunun imzalanması. 21 yanvar 2021

Azərbaycanla Türkmənistanın birgə işlədəcəyi "Dostluq" yatağının karbohidrogen resursları ilə bağlı bəzi rəqəmlər bəlli olub.

Orada karbohidrogen resurslarının 30 faizinin Azərbaycana, 70 faizinin isə Türkmənistana düşdüyü bildirilir.

"Turan" agentliyinin məlumatına görə, bu, ""Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Qanun layihəsində əksini tapıb.

Agentliyin məlumatına görə, bu barədə parlamentdən bildiriblər. Qeyd edildiyinə görə, həmin layihə fevralın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə edilib.

Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.

"Bunun harası dostluq oldu?"

Bu məsələni artıq Azərbaycan vətəndaşları sosial şəbəkələrdə də müzakirə etməyə başlayıblar. İstifadəçilərdən biri pay bölgüsünə toxunaraq sual edib: "Bunun harası dostluq oldu?".

Xatırlatma

Bu il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində "Dostluq" neft yatağının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Bu yatağı bir vaxtlar Azərbaycan "Kəpəz", Türkmənistan isə "Sərdar" adlandırırdı.

Həmin yataqla bağlı iki ölkənin on illərdir mübahisəsi davam edirdi. Hər iki tərəf onu özününkü sayırdı. Yatağı hələ SSRİ dönəmində, 1989-cu ildə Azərbaycan neftçiləri kəşf edib.

İndiyə qədər Azərbaycanda anlaşmanın detallar açıqlanmamışdı.

XS
SM
MD
LG