Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:56

İranın cənub-qərbində zəlzələ olub


Sisaxtda zəlzələ

Fevralın 17-də axşam İranın cənub-qərbindəki Sisaxt şəhəri yaxınlığında 5.6 bal gücündə zəlzələ olub, azı 10 nəfərin xəsarət aldığı xəbər verilir.

İranın dövlət televiziyası region rəsmisinə istinadla xəbər verir ki, “Sisaxt və Yasuc şəhərlərinin sakinləri çaxnaşma içində evlərini tərk ediblər. Sisaxtda su və işıq kəsilib”.

Sisaxt kənd təsərrüfatı məkanıdır, 6 minədək əhalisi var, paytaxt Tehrandan 500 km cənubda yerləşir.

Rəsmi IRNA agentliyi titrəyişlərin axşam saat 10-da 10 km dərinlikdə hiss olunduğunu bildirir.

“Fars” xəbər agentliyi azı iki yaralının vəziyyətinin ağır olduğunu yazır.

Rəsmilərin bildirməsinə görə, regionda leysan yağışlar yağır, xeyli sayda insan sərt soyuqdan əziyyət çəkir.

İran əsasən tektonik zonada yerləşir. 2017-ci ilin noyabrında qərbi Kirmanşah vilayətində 7.3 bal gücündə zəlzələdə 620 nəfər ölmüşdü.

Ən ağır zəlzələ isə 1990-cı ildə 7.4 bal gücündə baş verib, 40 min nəfər ölüb, 300 min nəfər xəsarət alıb.

Şərhlər

XS
SM
MD
LG