2021-ci il Novruz bayramında 9 gün iş olmayacaq.
Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında" Qərarına əsasən, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günləri müəyyən edilib.
Martın 20-si ilə 21-i də həftənin şənbə-bazar günlərinə düşdüyü üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək.
Beləliklə martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Üstəlik, martın 27-si ilə 28-i də növbəti həftənin şənbə və bazar günlərinə təsadüf edir.
Bütün bunlarla da Novruz tətilləri 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) davam edəcək.