Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:28

Azərbaycan ordusunda vaksinasiya başlanır


Vaksin

Azərbaycan ordusunda COVID-19 qarşı vaksinasiyaya başlanılıb.

Bu barədə bu gün, fevralın 16-da Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, vaksinasiya könüllülük prinsipi əsasında həyata keçirilir: "Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında keçirilir. İşğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası müvafiq hərbi tibb müəssisələrində təşkil edilib".

Ötən il Azərbaycan işğal altında olan ərazilərinin çox hissəsini azad edib. Ölkədə vaksinasiya prosesinə yanvarın 18-dən başlanıb. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunur.

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 232 min 197 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 3 min 183 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG