Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:51

Kataloniyada seçkini separatçı partiyalar udur


Barselonada seçki

Kataloniyanın yerli qanunverici orqanına seçkidə yerlərin əksəriyyətini separatçı partiyalar qazanıb. Beləliklə, İspaniyanın bu regionunun müstəqillik əldə etməsi yönündə gərginlik daha da qızışmış olur.

14 fevral seçkisinin nəticələri separatçı qrupların regional parlamentdə 73-80 yer qazandığını göstərir. 135 yerlik parlamentdə çoxluq üçün 68 yer yetərlidir.

Amma PSOE sosialist partiyası da 33 yer qazanmaq üzrədir. Sosialistlər Kataloniyanın İspaniyadan ayrılmasına qarşıdırlar, eyni zamanda danışıqlara açıq olduqlarını bildiriblər.

Kataloniyanın statusu hələ də regionda dominant siyasi məsələdir.

2017-ci ildə keçirilmiş müstəqillik referendumunu Madrid qeyri-qanunu elan edəndən sonra Kataloniyada fövqəladə tədbirlər görüldü.

Region lideri Belçikaya qaçdı, separatçıların çoxuna uzunmüddətli həbs cəzası kəsildi.

Şərhlər

XS
SM
MD
LG