Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:57

Kosovodo solçu-millətçi partiya seçkini udur


Albin Kurti (sağda) və Vyosa Osmani

Kosovonun Vetevendosje (Öz müqəddəratını təyinetmə) solçu-millətçi partiyası fevralın 14-də parlament seçkisinin qalibi olub.

Partiya lideri Albin Kurti deyib ki, bu səsvermə onun partiyasına yeni başlanğıc şansı verib.

“Sabahdan yeni gün başlanır. Bu gecəki böyük qələbə istədiyimiz dəyişikliyə başlamaq imkanıdır. Ölkə çoxsaylı böhranlar içində olduğundan görməli olduğumuz xeyli iş var”, – Kurti deyib.

Kurti hökumətinə ötən martda etimadsızlıq göstərilib. Prezidentin səlahiyyətini icra edən Vyosa Osmani də Kurti ilə birlikdə seçkiyə getmişdi.

İlkin nəticələrə görə, “Vetevendosje” səslərin 48 faizini yığıb. Kosovo Demokratik Partiyası (PDK) 18, hazırda hakim Kosovo Demokratik Liqası (LDK) 13, Kosovonun Gələcəyi Uğrunda Alyansa (AAK) isə 7 faiz səs yığıb.

Kurti deyib ki, yeni hökumət ədalətə və iş yerlərinin yaradılmasına üstünlük verəcək.

Şərhlər

XS
SM
MD
LG