Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 00:17

Yeni özbək ‘şahzadəsi’ və qaçılmaz müqayisələr


Saida Mirzayoyeva, Özbəkistan prezidentinin böyük qızı, arxiv foto
Saida Mirzayoyeva, Özbəkistan prezidentinin böyük qızı, arxiv foto

Özbəkistan prezidenti Şavkat Mirziyoyevin böyük qızı ölkənin ən görkəmli ictimai xadimlərindən birinə çevrilməkdədir.
Saida Mirziyoyevanın artan təsiri, cəlbedici sələfi, keçmiş prezident İslam Kəimovun böyük qızı Gülnarə Kərimovanın rüsvay olub həbsxanada qalması ilə qaçılmaz müqayisələrə səbəb olub.

36 yaşlı Saida Mirziyoyeva tez-tez rəsmi görüşlərə qatılır, çıxışlar edir, həm bölgələrə, həm də xaricə ölkələə işgüzar səfərlərə gedir.
Üç uşaq anası bundan başqa tez-tez yardım və mədəni tədbirlərdə Mirziyoyev klanının digər üzvləri arasında da görünü. Saida Mirziyoyevanın nüfuzunun belə sürətlə artması ölkənin keçmiş prezident İslam Kərimovun həbsxanaya düşmüş və daha sonra ev dustağına çevrilmiş böyük qızı Gülnarə Kərimova ilə müqayisə olunmaqdadır.

Gəlirli biznes portfelinə nəzarət edən Kərimovadan fərqli olaraq, Mirziyoyeva birbaşa sahibkarlıqla məşğul olmur. Ancaq onun həyat yoldaşı Oybek Tursunov, 2016-cı ildə Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra bir neçə bank və investisiya sövdələşməsində iştirak edib.

Özbəkistan prezidenti Şavkat Mirzayoyev və arxada kürəkəni Oybek Tursunov, arxiv foto
Özbəkistan prezidenti Şavkat Mirzayoyev və arxada kürəkəni Oybek Tursunov, arxiv foto

Şavkat Mirziyoyevin kürəkəni həm də prezident administrasiyasında çalışır.
Saida Mirziyoyeva həm də İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi rəhbərinin müavinidir, bu isə avtomatik olaraq prezidentin müşaviri deməkdir.

2019-cu ilin əvvəlində Mirziyoyev tərəfindən yaradılan dövlət qurumu, ölkə mediası və mətbuat xidmətləri üzərində nəzarəti təmin edir. İctimai imici diqqətlə hazırlanan Mirziyoyeva - özünü jurnalistlərin və qadın hüquqlarının müdafiəçisi kimi təqdim edir.

Ailənin tənqidinin qəbuledilməz olduğu və söz azadlığının məhdud olduğu Özbəkistanda dövlət mediası Mirziyoyevanın fəaliyyətini mənfi şərhlər olmadan işıqlandırır.

Özbəkistan Milli Xəbər Agentliyi, 2019-cu il noyabrın 4-də Mirziyoyevanın 35-ci doğum günü ilə bağlı qoşulduğu aksiyanı günün ən vacib hadisəsi adlandırıb.

Prezidentin qızı sosial mediada şəxsi həyatından danışır, həyat yoldaşının və uşaqlarının, o cümlədən prezidentin adını daşıyan beş aylıq oğlu Şavkatın fotolarını paylaşır.

Prezident səviyyəsində hazırlıq

Saida Mirziyoyeva, Daşkəndin Buka rayonunda
Saida Mirziyoyeva, Daşkəndin Buka rayonunda

Cənub şəhəri Karşidə yerli reportyorların dediyinə görə, Saida Mirziyoyevanın bu şəhərə səfəri elə bir səviyyədə təşkil olunubmuş ki, bunu "dövlət başçısının səviyyəsinə uyğun səfər" kimi dəyərləndirmək olarmış.

Mirziyoyevanın görmə zəifliyi olan uşaqları dəstəkləyən “Eyes of Soul” xeyriyyə layihəsi çərçivəsində yanvarın 27-nə təyin olunan səfərindən bir həftə əvvəl geniş hazırlıq işləri başlayıbmış.

Adlarını açıqlamaq istəməyən jurnalistlərinin dediyinə görə, Mirziyoyevanın görüş keçirəcəyi Jurnalistlər Mərkəzi qəfildən təmir olunub. Qışın saxtalı günləri olmasına baxmayaraq həyətə çiçəklər də əkilib.

Bundan başqa tədbirə dəvət olunmuş yerli müxbirlərə COVID-19 testindən keçirmək göstərişi verilibmiş. Təmir işləri bitəndən sonra təhlükəsizlik qüvvələri binanı səfər müddətinə qədər bağlı saxlayıblar.

Karşidən olan bir jurnalistin dediyinə görə, belə bir yüksək səviyyədə zəriflik, bir qayda olaraq, yalnız prezidentin səfərləri münasibətilə təmin edilir.
Özbəkistanda söz-söhbətlərə səbəb təkcə prezidentin qızının işgüzar səfərləri deyil..

Beləki 2019-cu ilin oktyabrında Mirziyoyeva, kiçik bacısı Şahnoza və həyat yoldaşlarının Daşkənddə rusiyalı müğənni Polina Gagarina-nın konsertindən sonra təşkil olunan təmtəraqlı bir ziyafətdə iştirakları da müzakirələr yaradıb.

Xəbər saytları və sosial media istifadəçiləri bu videonu paylaşaraq Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızları Gülnarə və Lolanın həyat tərzi arasında paralellər aparıblar.

Bəzi xəbər saytları son videonu Mirziyeyev ailəsində "qalmaqal" adlandırıb. Hətta bunu tarixin Özbəkistanda təkrarlanması simi qiymətləndirənlər də olub.

Özbəkistan prezidentinin kiçik qızı Şahnoza, məktəbəqədər müəssənin açılış mərasimində, 4 aprel 2019
Özbəkistan prezidentinin kiçik qızı Şahnoza, məktəbəqədər müəssənin açılış mərasimində, 4 aprel 2019

Şavkat Mirziyoyevin kiçik qızı Şahnoza Mirziyoyeva - Məktəbəqədər Təhsil Nazirliyinin şöbə müdiri, həyat yoldaşı Otabek Umarov isə prezidentin təhlükəsizlik xidməti rəhbərinin müavinidir və iki milli idman federasiyasına rəhbərlik edir.


Sözügedən ziyafətdə qeyri-adi bir şey görünməsə də, qeyd olunur ki, belə hallar əksəriyyəti yoxsul olan sadə özbəklərin xoşuna gəlmir.
Beləki Özbəkistanın paytaxtı Daşkənddə orta aylıq əmək haqqı təxminən 270 dollardır. Kiçik şəhər və kəndlərdə bu məbləğ daha aşağıdır.

Məlumatda vurğulanır ki, korrupsiya geniş yayıldığından, məşğulluq imkanları az olduğundan milyonlarla ölkə vətəndaşı iş dalınca Rusiya, Qazaxıstan, Cənubi Koreya, Türkiyə və Avropa ölkələrində yollanıb.

Kərimovalar nümunəsi

Gülnarə Kərimova (solda) və Lola Kərimova
Gülnarə Kərimova (solda) və Lola Kərimova

İslam Kərimovun 48 yaşlı böyük qızı Gülnarə Kərimova hələ atası prezident olarkən 2014-cü ildə ev dustağı edilib. 2017-ci ilin dekabrında o, 10 il həbs cəzasına məhkum edilib, daha sonra cəza ev dustaqlığı ilə əvəzlənib. Cəzası 5 ilə endirilən Kərimova 2019-cu ildə yenidən həbsxanaya qaytarılıb.

2020-ci ilin martında isə qəsb, pul yuma və digər cinayətlərdə günahkar bilinərək ona 13 il həbs cəzası kəsilib. İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyaeva, hazırda Özbəkistandan kənada yaşayır-onun Avropada və ABŞ-da vaxt keçirdiyi bildirilir. Məlumatlara görə, həyat yoldaşı Timur Tillyaev və onun ailəsi tərəfindən idarə olunan bəzi aparıcı şirkətlər 2016-cı ildə , Kərimovun ölümündən sonra onun əlindən alınıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG