Keçid linkləri

2024, 22 May, çərşənbə, Bakı vaxtı 00:14

Keçmiş hakim məhkəmə önündə


Hakim
Hakim

Öncə Suraxanı rayon Məhkəməsinin, daha sonra uzun illər Bakı Apellyasiya Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyevin özü hakim qarşısına çıxarılır. Külli miqdarda dələduzluqda suçlanan keçmiş hakimin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, İlham Mahmudovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq.

Bu iş öncə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdi. Amma orada qərar verilib ki, bu işə Bakıda baxılmalıdır.

Cinayət işində iki nəfər zərərçəkmiş qismində tanınıb – Rüstəm Abdullayev Azad İbrahimov. Onlar təqsirləndirilən sabiq hakimin uzaq qohum və tanışlarıdır. İddia olunur ki, Nəbiyev onları torpaq sahəsi almaq, birgə biznes qurub qazanc götürmək adıyla aldadıb.

Hakimlik səlahiyyətlərinə xitam verilsə də...

Hadisələrin Nəbiyevin hakim olduğu dövrdə baş verdiyi iddia olunur. Cinayət işinin materiallarında yazılıb ki, 2000-ci ildə Türkiyədə yaşayıb-işləyən zərərçəkmiş İbrahimov Bakıda torpaq sahəsi almaq istəyib. Bir müddət sonra hakim qohumu ona torpaq sahəsi tapdığını deyib və buna görə ondan 13 min 400 dollar pul alıb. 2003-cü ildə o, Türkiyədən Bakıya gələndə isə Xətai rayonu ərazisində 7 sot torpaq sahəsini göstərərək həmin ərazini onun üçün aldığını deyib.

İttihama əsasən, 2006-2008-ci illərdə zərərçəkmiş İbrahimovun dəniz kənarında 12 min kvadratmetr torpaq sahəsi almaq adıyla 234 min dolları ələ keçirilib. Bu vəsait 100 min, 75 min, 25 min və 34 min olmaqla, bir neçə dəfəyə verilib.

İddia olunur ki, 2008-ci ildə Nəbiyevin hakimlik səlahiyyətlərinə xitam verilsə də, o, İbrahimov və qohumlarından bunu gizlədib. Suraxanı rayon Məhkəməsinə sədr göndərildiyini deyib.

Keçmiş hakimə qarşı digər ittiham epizodunda isə iddia edilir ki, Rüstəm Abdullayev Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı işlərin görülməsinə pul yatırıb qazanc götürmək adıyla aldadılıb. Onun özü və qohumlarından 2012-ci ilin iyunundan başlayaraq bir neçə dəfəyə 59 min 700 dollar pul alınıb.

Özünü təqsirli bilmir

Keçmiş hakim özünü təqsirli bilmir. O, heç kimi aldatmaq niyyətində olmadığını, hakimlik səlahiyyətlərinə xitam verildikdən sonra bunu gizlətmədiyini bildirib.

Ona qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin hakimi olarkən bir sıra ictimai siyasi fəalların, o cümlədən satirik şair Sakit Zahidovun (Mirzə Sakit) işinə baxılıb. O zaman Mirzə Sakit haqqında narkotik ittihamıyla çıxarılmış 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlamışdı. Satirik isə ittihamın yalan olduğunu, hökumət təmsilçilərini hədəf alan şeirlərinə görə narkotiklə şərlənib həbs olunduğunu deyirdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG