Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:54

Bələdiyyələrlə bağlı 10 cinayət işi başlanıb


Bələdiyyələrin fəaliyyəti sizi qane edirmi?
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Bələdiyyələrin fəaliyyəti sizi qane edirmi?

2020-ci il inzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyətində aparılmış araşdırmalar zamanı 23 ciddi qanun pozuntuları aşkar edilib.

Bu barədə Milli Məclisə daxil olan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə qeyd edilir.

Bildirildiyinə görə, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə artıq cinayət işi başlandığı vurğulanır.

Söhbət Şabran rayonu Pirəbədil, İsmayıllı rayonu Tircan, Şəmkir rayonu Əliyaqublu, Masallı rayonu Ərkivan, Bakı şəhəri Sabunçu rayonu Ramana, Biləsuvar rayonu Əliabad, Masallı rayonu Kolatan, Ucar rayonu Qaracallı, Xaçmaz rayonu Qaraçaycek və Ağcabədi rayonunun Aran bələdiyyəsindən gedir. Hələlik cinayət işinin detallarını öyrənmək, sözügedən bələdiyyələrdə cavabdeh olmuş şəxslərdən və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Ölkədə son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Həmin vaxt 1606 bələdiyyəyə 1575 üzv seçilib.

Recommended

XS
SM
MD
LG