Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:24

Rusiya Avropa ilə əlaqələri kəsməyə hazır olduğunu deyir


Sergey Lavrov
Sergey Lavrov

Bir gün öncə diplomatik mənbələrə istinadla yayılan xəbərə görə,  Avropa Birliyi Rusiya Prezidenti Vladimir Putinin müttəfiqlərinə səyahət qadağaları qoya, aktivlərini dondura bilər

Moskva Avropa Birliyi yeni iqtisadi sanksiyalar tətbiq edərsə, “əlaqələri kəsməyə” hazır olduğunu deyir.

Xarici işlər naziri Sergey Lavrov fevralın 12-də “Solovyev Live” YouTube kanalına müsahibəsində qeyd edib ki, Rusiyaya əlavə sanksiyalar qoyularaq və onlar ölkə iqtisadiyyatına “risklər yaradarsa”, “onda bəli”, münasibətlər kəsilə bilər.

Sanksiya xəbərləri

Bir gün öncə diplomatik mənbələrə istinadla yayılan xəbərə görə, Avropa Birliyi Rusiya Prezidenti Vladimir Putinin müttəfiqlərinə səyahət qadağaları qoya, aktivlərini dondura bilər.

Qərb mənbələri cəzaların bir neçə həftəyə reallaşa biləcəyini deyirdilər.

“Biz beynəlxalq aləmdən təcrid olunmaq istəmirik, amma buna hazır olmalıyıq. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”, – Lavrov vurğulayıb.

2014-cü ildə Moskva Ukraynanın Krım regionunun ilhaq edəndən sonra Qərb Rusiyaya sanksiyalar tətbiq etdi. O vaxtdan tərəflər arasında gərginlik qalır.

“AB-nin təşəbbüsü ilə baş verərsə...”

Navalnının ötən il zəhərlənməsi, yanvarda Moskvada həbsi, son illər Kremlin tənqidçilərinin xaricdə ard-arda qətli tərəflərin mövqelərini kəskinləşdirib.

“Öz tərəfimizdən AB-ni bərabər və qarşılıq sayğıya əsaslanan əməkdaşlıq qurmağa çağırırıq”, – Lavrov vurğulayıb.

Almaniyanın Xarici İşlər Nazirliyi isə Lavrovun dediklərini “həqiqətən yanıldıcı və anlaşılmaz” adlandırıb.

Putinin sözçüsü Dmitri Peskov fevralın 12-də deyib ki, Moskva xarici sanksiyalar nəticəsində həyati infrastrukturunda nələrisə əvəzləməyə hazır olmalıdır.

Ötən ilin avqustunda Sibirdə zəhərlənəndən sonra Berlində müalicə olunan Navalnı yanvarın 17-də Moskvaya qayıdarkən saxlanıb. Kreml zəhərləmədə rolu olmadığını deyərək cinayət işi açmaqdan da imtina edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG