Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 11:04

Deputat qaz sayğacları ilə bağlı şikayətlərdən danışdı


Təzə qaz sayğacları iki dəfə çox yazır? Camaat narazıdır
Gözlə

No media source currently available

0:00 0:05:35 0:00

Təzə qaz sayğacları iki dəfə çox yazır? Camaat narazıdır

Deputat Azay Quliyev Milli Məclisin fevralın 12-də keçirilən iclasında qaz sayğacları ilə bağlı şikayətlərdən danışıb. Onun deməsinə görə, abonentlər sayğaclar dəyişdiriləndən sonra qaz sərfiyyatının çox olmasından şikayət edirlər.

Deputatın vurğulamasına görə, "Azəriqaz" İstehsalat Birliyinin (İB) rəhbərliyi bununla bağlı açıqlama versə də, problem olduğu kimi qalır.

A.Quliyev təklif edib ki, bu məsələnin həlli üçün "Azəriqaz"ın rəhbər şəxslərinin təmsil olunduğu işçi qrup yaradılsın və şikayətçi vətəndaşlar da orada təmsil olunsun.

Bu fikirlərə, hələlik, "Azəriqaz" İB-dən münasibət almaq mümkün olmayıb.

Amma bu məsələ ilə bağlı vətəndaşlardan AzadlıqRadiosuna da müraciətlər daxil olub. Bu günlər vətəndaş Vüqar İsgəndərli bildirmişdi ki, keçən il dekabrın 18-də evində "Azəriqaz" smartla olan sayğacı dəyişib, mexaniki sayğac quraşdırıb. "Yanvarın 1-i çekdə 458 kub qazın ödənişi gəldi. 13 günə 82 manatlıq guya qaz işlətmişəm? Bu nə özbaşınalıqdır? Bu nə sayğacdır?", - o, sual etmişdi.

"Azəriqaz"dan cavab

"Azəriqaz" İB mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov isə onda "Turan"a bildirmişdi ki, Azərbaycanda son illər ərzində paralel olaraq həmişə iki tip sayğacdan istifadə olunub. Qurumdan habelə vurğulanmışdı ki, istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün fevralın 2-dən yeni əvvəlcədən ödənişli sayğaclar quraşdırılır: "Baxmayaraq ki, bu iddialar təsdiqini tapmamışdı, lakin abonent məmnuniyyətini üstün tutaraq "Azəriqaz" İB belə addım atıb".

Nazirliyin mövqeyi

Onda Energetika Nazirliyindən də bildirilmişdi ki, 25-27 yanvar tarixlərində şikayətçilərə məxsus istismar müddəti bitmiş 27 ədəd qaz sayğacı laboratoriya şəraitində yoxlanılıb: "Yoxlamada iştirak etmək istəyən abonentlərin iştirakı təmin olunub...".

Məlumata görə, araşdırma nəticəsində bəzi sayğacların sərfiyyat aşağı olduqda qaz həcmini normaya uyğun hesablamadığı müəyyənləşdirilib və "Azəriqaz" hesabına yeniləri ilə əvəz edilib.

XS
SM
MD
LG