Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

Özünü yandırmış jurnalistin qəzeti də bağlandı


İrina Slavinanın anım mərasimi
İrina Slavinanın anım mərasimi

Koza.Press 2015-ci ildə yaradılıb, yerli hakim orqanların işindəki qüsurlara, siyasi təqib hallarına, Nijni Novqorod regionunda tarixi binaların qanunsuz olaraq dağıdılmasına diqqət ayırırdı

Rusiyada oktyabrın əvvəlində özünü yandırandan sonra vəfat etmiş jurnalist İrina Slavinanın qızı onun Koza.Press adlı onlayn qəzetini bağlayıb. Slavina hakim orqanların apardığı təhqiqata etiraz olaraq özünü yandırmışdı.

Marqarita Muraxtayeva fevralın 10-da deyib ki, qərarı “asan olmasa da, düzgündür”. O, qəzeti dəstəkləmiş, anasının ölümündən bəri ona yazılar yazmış jurnalistlərə minnətdarlığını bildirib.

Koza.Press 2015-ci ildə yaradılıb, yerli hakim orqanların işindəki qüsurlara, siyasi təqib hallarına, Nijni Novqorod regionunda tarixi binaların qanunsuz olaraq dağıdılmasına diqqət ayırırdı.

Polis mənzilində axtarış aparmışdı

Oktyabrın 2-də Nijni Novqorod şəhərində polis şöbəsinin qarşısında özünü yandırmazdan öncə Slavina Facebook-da yazmışdı: “Ölümümə görə Rusiya Federasiyasını günahlandırın”.

Hadisədən bir gün qabaq polis onun mənzilində axtarış aparmış, “Açıq Rusiya” müxalifət qrupuyla əlaqəsinə dəlil tapmağa çalışmış, jurnalistin kompüterlərini və mobil telefonlarını müsadirə etmişdi.

Slavina deyirdi ki, jurnalist işini görməyə əlində alət qalmayıb və “Açıq Rusiya” ilə heç vaxt əlaqəsi olmayıb.

Jurnalistin özünü yandırması ictimai qəzəb yaradıb, çoxları ona ədalət tələb edib. Ancaq hakimiyyət insidentlə bağlı cinayət işi açmaqdan imtina edib, bunda cinayət elementləri olmadığını deyib.

Slavinanın ölümündən sonra qızı və İrina Yenikeyeva adlı başqa bir jurnalist qəzetin fəaliyyətini davam etdirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG