Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:27

Pandemiyada 'Lokdaun' filmi çəkilib


Film "Harrods" dükanından 3 milyon dollarlıq brilyant oğurluğundan bəhs edir.
Film "Harrods" dükanından 3 milyon dollarlıq brilyant oğurluğundan bəhs edir.

"Locked Down" (Lokdaun) filminin rejissoru Daq Layman anlayır ki, auditoriyanın hələ bitməmiş tarixi hadisə haqında filmə baxacağını gözləmək o qədər də müdrik hərəkət deyil. Ancaq bu komediyanı çəkdiyi zaman üzləşdiyi sınaqlar göstərib ki, bu addımı atmalı idi.

"Pandemiya dövründə pandemiya haqqında film çəkmək fikrini dəstəkləməyənlər əsasən haqlıdır. Çünki insanlar axşam xəbərlərdə gördükləri hadisə haqqında filmə baxmağa tələsmirlər", – Layman "The Los Angeles Times" qəzetinə verdiyi telefon müsahibəsində deyib.

Hazırda "HBO Max"da strim olunan "Locked Down" yaranmaqda olan pandemiya janrında çəkilən ilk filmlərdən biridir. Pandemiya dövründə yazılmış, çəkilmiş və çıxmış filmdə baş rolları Enn HeteueyÇivetel Eciofor oynayır. Londonda yaşayan cütlük karantin zamanı dəbdəbəli "Harrods" dükanından 3 milyon dollarlıq brilyant oğurlamağı planlaşdırır.

Lokdaunun üstünlükləri

Layman baş verməkdə olan tarixi hadisədən vaxtında yararlanmaq üçün bu pandemiya filmini gələcəkdə deyil, indi çəkdiyini deyir: "Müəyyən mənada pandemiya bütün dünyanı birləşdirir. …Yer üzünə COVID-19-un təsirinə məruz qalmamış bir nəfər də yoxdur. Gələcəyin necə olacağı barədə narahat olmayan adam yoxdur. …Ancaq, eyni zamanda, onun insanlara təsiri çox müxtəlifdir. Məncə, "Locked Down"u çəkmək mənim pandemiyanın öhdəsindən gəlmək üsulumdur. Bu, bildiyim yeganə üsuldur. Mənim üçün cəmi iki seçim var: psixoloqla danış, yaxud ssenaristlə danış".

Layman iyulun əvvəlində britaniyalı ssenarist Stiven Naytla danışaraq sentyabrda çəkilə biləcək filmlə bağlı ideya mübadiləsi aparıb. "Çünki heç bir film çəkilmədiyindən bütün aktyorların vaxtı olacaqdı", – o deyir. Onlar insanların üzləşdiyi qeyri-adi vəziyyətdən və mümkün personaj ideyalarından danışıblar. Cəmi iki gün sonra yenidən "Zoom"da görüşüb üzərində işlədikləri konseptləri götür-qoy ediblər.

"Normal vaxtlarda bunlar bu qədər tez baş verməzdi. Çünki insanların həyatı məşğuldur… Ancaq Stiv İngiltərədə, mən də Amerikada karantində olduğumuz üçün heç birimizin …sosial planlarımız yox idi", – Layman deyir.

Ən qara anlarda yumor

Layman Enn Heteuey ilə əlaqə saxlayanda ssenarinin yalnız yarısı hazır idi. "Elə bir adam istəyirdim ki, hətta ən qara anlarda belə yumor tapa bilsin", – o deyir.

Sentyabrda Layman çəkilişlərə başlamaq üçün təkmotorlu təyyarədə Londona uçub. Yoluxma hallarının artdığı zamanda şəhərdə çəkiliş aparmaq yeni kreativ üsullar axtarıb tapmağı tələb edirdi. Laymanın sözlərinə görə, "Locked Down" filmini gələcəkdə bu pandemiya haqqında çəkiləcək filmlərdən fərqli edən də budur.

Həm aktyorlar, həm də çəkiliş qrupunun əməkdaşları maska rejiminə ciddi əməl etməkdən başqa, müntəzəm müayinədən keçirilirmiş. Çəkiliş məkanına yemək gətirilməsi qadağan imiş, çünki yemək maskaların çıxarılması üçün səbəbdir. Çəkilişlər həftədə beş qısa gün aparılıb ki, insanların dincəlməyə yetərincə vaxtı olsun. "Biz …18 günə 180 səhifə çəkmişik. Mən bilən, fiziki olaraq bundan daha sürətli işləmək mümkün deyil", – Layman deyir.

Spontan aktyorlar

Filmin bir səhnəsində Heteuey "Zoom" zənginə cavab verir. Zəng edən onun müdiridir. Müdiri Ben Stiller oynayır. Stillerin yeniyetmə oğlu onun arxasında durub zəngə mane olmağa çalışır. Beləliklə, əlavə aktyor tapmağa ehtiyac qalmır. Ben Stillerin oğlu Kuinn də filmdə rol almış olur.

"Harrods" mağazasında qaçaqaç səhnəsinin çəkilişi asan olmayıb. Bu zaman içəridə 100-dək aktyorun maska taxması lazım imiş. Liman səhnənin qeyri-təbii çıxacağını düşünərək onların maska taxmasını istəməyib. Son nəticədə qərara gəliblər ki, bu səhnədə "Harrods"un işçilərini çəksinlər. Çünki onlar onsuz da hər gün sağlamlıq testlərindən keçirlər və gün ərzində bu binada olurlar.

Rejissorun sözlərinə görə, filmin çəkilişi, xüsusən də aktyorlar üçün, asan olmayıb.

"Kaş "Locked Down" kinoteatrda nümayiş olunaydı və mən orada oturub auditoriyanın onu necə qəbul etdiyini görəydim", – Layman deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG