Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:25

Zakir Həsənov Türkiyəyə gedib 


Hulusi Akar (solda)və Zakir Həsənov, arxiv fotosu

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov Türkiyə Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə fevralın 11-də bu ölkəyə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazılıb ki, Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.

2021-ci il fevralın 1-dən 12-dək Qars vilayətində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin “Qış təlimi -2021” birgə hərbi təlimi keçirilir.

Son illər bu iki ölkənin hərbi bölmələri belə birgə təlimlər keçirirlər.

Şərhlər

XS
SM
MD
LG