Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 01:32

İtaliyada oğurluq edən gürcüstanlılar saxlanıb


İtaliyada oğurluq hadisəsi
İtaliyada oğurluq hadisəsi

İtaliyada 23, Polşada iki, Yunanıstan, Belçika və Sloveniyanın hərəsində isə bir nəfər saxlanıb


Avropa Birliyinin bir sıra üzv ölkələrində onlarla gürcüstanlı mütəşəkkil cinayətkar qruplara üzvlükdə şübhəli bilinərək saxlanıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin fevralın 10-da yaydığı məlumatda deyilir ki, həbslər bir gün qabaq Gürcüstanın Kriminal Polis Departamentinin iştirakıyla İtaliya, Fransa, Yunanıstan, Polşa, Sloveniya və Belçikada aparılıb.

Oğurluq pulla leqal biznes

“Müstəntiqlərin araşdırmasına görə, Gürcüstan vətəndaşları İtaliyanın şimalında mənzillərdən oğurluq edib, oğurluq pullarla leqal biznes qurmağa çalışıblar”, – deyən nazirlik şübhəlilərin saxta sənədlər və mənsubiyyətdən istifadə etdiyini vurğulayıb.

İtaliyada 23, Polşada iki, Yunanıstan, Belçika və Sloveniyanın hərəsində isə bir nəfər saxlanıb. Şübhəlilərə mütəşəkkil qrupun təşkili, oğurluq, çirkli pulyuma ittihamları irəli sürülüb. Təqsirli bilinsələr, 10 ilədək həbsə məhkum oluna bilərlər.

Fransada isə 18 Gürcüstan vətəndaşı saxlanıb. Onlardan birinə “qanuni oğru” titulu verilib. Bu titul keçmiş Sovet İttifaqı ərazisində kriminalların iyerarxiyasında ən yüksək səviyyə sayılır.

Həmin qrup üzlərinə təkrar oğurluq, kriminal qrupun fəaliyyətində iştirak, qanunsuz əldə olunmuş əmlakla ticarət, qaçaqmal tütün məhsullarının qanunsuz satışı ittihamları irəli sürülüb.

Bu ittihamlar üzrə də 10 ilədək həbs cəzası, 375 min avroya (450 min dollar) qədər cərimə nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG