Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

İslahatlar və yeni parlamentin ona töhfəsi oldumu?


Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Parlamentin 65 faizi dəyişmədi... Bəs, onda bu seçki nəyə lazım idi?

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərindən bir il ötür. Fevralın 9-da gerçəkləşən bu seçkilərdə 4 dairə (həmin dairələrdə nəticələr ləğv edilib) istisna olunmaqla bütün qaliblər artıq bir ildir qanunvericilik sahəsində fəaliyyət göstərirlər. Hələ 2019-cu ildə parlamentin tərkibi vaxtından əvvəl buraxılarkən təklif müəllifi olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi bunu prezidentin sürətli islahatlar kursu ilə izah etmişdi. Hakim partiya yetkililərinin fikrincə, ovaxtkı tərkib prezidentin islahatları ilə ayaqlaşa bilmirdi.

Bəs bu, VI çağırış Milli Məclisin fəaliyyəti əvvəlkilərdən fərqlənirmi?

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Parlament fəaliyyətə başlayandan pandemiya da fəaliyyətə başladı"

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Turan" agentliyinə bildirib ki, bu bir ildə, digər sahələr kimi, parlamentin fəaliyyətində də koronavirus pandemiyası çox ciddi çətinliklər yaradıb: "Yəni, parlament fəaliyyətə başlayandan pandemiya da fəaliyyətə başladı. Bir ilimiz pandemiya ilə mübarizə şəraitində keçdi. Amma buna baxmayaraq, bu ekstremal şəraitdə də Milli Məclis öz işini qurub, davam etdirib və ilboyu həyatımızın müxtəlif sahələri ilə bağlı çox ciddi qanunlar qəbul edib".

"Xeyli gənclər gəliblər və peşəkarlıqla öz işini görürlər"

Deputat hesab edir ki, yeni parlamentin tərkibi kifayət qədər peşəkardır: "Bir çox dəyişikliklər var. Mən dörd il parlamentdə olmamışdım. Bu seçkilərdə isə baxıram ki, xeyli gənclər gəliblər və kifayət qədər peşəkarlıqla öz işini görürlər. Bu, parlamentin işinə yaxşı təsir edir. İlk dəfə olaraq Azərbaycan müxalifətinin bir nümayəndəsi – partiyamızın (Vətəndaş Həmrəyliyi Partiyası) sədr müavini Fəzail İbrahimli həm də parlament sədrinin müavini seçilib. Bəzi komissiyaların sədri və müavinləri müxalifət nümayəndələridir".

Parlament seçkilərində 7 əsas pozuntu...
Gözlə

No media source currently available

0:00 0:02:41 0:00

S.Rüstəmxanlı qeyd edib ki, koronavirus pandemiyasına baxmayaraq, parlament beynəlxalq qurumlarla normal əlaqələr qurur: "İş gedir, həm canlı, həm də onlayn qaydada görüşlər keçirilir. Bir sözlə, mən bir millət vəkili kimi parlamentin fəaliyyətindən çox razıyam".

Deputat əlavə edib ki, 44 günlük müharibə zamanı deputatlar həm yerli, həm də beynəlxalq miqyasda ölkənin mövqeyini ən fəal şəkildə müdafiə ediblər.

"Parlamentdə ciddi müzakirələr görmədik"

Həmin seçkilərdə deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev isə mövzu ilə bağlı AzadlıqRadiosuna bunları bildirib: "Ölkə bir il ərzində bənzəri olmayan çətin bir dönəmdən keçdi. Ötən ilin əvvəlində ölkədə koronavirus pandemiyası başladı və bundan dolayı vətəndaşların gündəlik həyatına təsir edəcək bir çox problemlər yaranmağa başladı. İşçilərin ixtisara salınması, iş yerlərinin bağlanması ilə bağlı bir dönəmdə biz parlamentdə ciddi müzakirələr, vətəndaşların xeyrinə hansısa təkliflər görmədik".

B.Hacıyev
B.Hacıyev

"Benzin və su bahalaşdırıldı…"

B.Hacıyev qeyd edib ki, ötən ilin ikinci yarısının sonuna doğru ölkədə müharibə gedib və bu müharibə dönəmində parlamentin özünün hansısa ciddi bir funksiyası müşahidə olunmayıb: "Müharibədən sonrakı dövrdə də ölkədə bir çox bahalaşma ilə bağlı qərarlar verildi. Benzin və su bahalaşdırıldı, bir neçə yüz milyonluq inzibati binalar tikilir. Bu qədər böyük hadisələrin fonunda əslində biz parlamentdə fərqli bir müzakirələr, fəallaşma görə bilərdik. Amma parlamentin son tərkibinin bir il ərzindəki fəaliyyəti onu göstərdi ki, indiyə qədər olan çağırışlar arasında bu, ən böyük saxtakarlıqla formalaşan, ən çox narazılıq yaradan və fəaliyyəti gözə dəyməyən parlamentdir".

Xatırlatma

Azərbaycan Milli Məclisinin VI çağırış deputatları — 2020-ci il fevralın 9-da baş tutan seçkilər əsasında formalaşdırılıb. Milli Məclisin mövcud deputatlarından yarıdan çoxu - təqribən 70 nəfəri yenə Yeni Azərbaycan Partiyası (YAP) üzvləridir. Qalanlarından isə təqribən 40-ı bitərəflər, 10-u isə müxtəlif partiyaların təmsilçiləridir.

İndiyəcən beynəlxalq müşahidəçilər Azərbaycandakı seçkiləri necə qiymətləndiriblər
Gözlə

No media source currently available

0:00 0:06:59 0:00

Milli Şura ölkədə azad və ədalətli seçkilərdən ötrü şərait olmadığını bildirərək onu boykot etmişdi. Seçkidən sonra da həm Milli Şura, həm Müsavat Partiyası və həm də bəzi namizədlər onun total şəkildə saxtalaşdırıldığını bəyan etdilər. Elə beynəlxalq müşahidə missiyasının hesabatında da bu seçkilərlə bağlı bir sıra tənqid və iradlar yer aldı. Amma istər hakimiyyət, istərsə də Mərkəzi Seçki Komissiyası (MSK) bəyan etdi ki, seçkilər, əsasən, xalqın iradəsini ifadə edib. Rəsmi şəkildə yalnız dörd dairədə pozuntuların olduğunu bəyan edən MSK onlarda nəticələri ləğv etdi. Söhbət 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran və 80 saylı İmişli-Beyləqan seçki dairələrindən gedir. Həmin dairələrdə hələ də seçki keçirilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG