Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:20

Praqada təlimə qatıldı, 7 il həbs cəzası aldı


Rza İslami
Rza İslami

Bu işdə cəmi 15 təqsirləndirilənin olduğu bildirilir. 14 nəfər ABŞ-la əməkdaşlıq ittihamı üzrə bəraət alıb.

İranın inqilab məhkəməsi hüquq professorunu “düşmən dövlətlə əməkdaşlıq”da təqsirli bilərək yeddi il həbs cəzasına məhkum edib.

ABŞ-da mənzillənən İnsan Haqları Fəallarının Xəbər Agentliyi fevralın 8-də bildirib ki, Tehrandakı Şahid Beheşti Universitetinin professoru Rza İslaminin dərs deməsi, ölkədən çıxması da qadağan olunub.

“Düşmən dövlətlə əməkdaşlıq”

Hökmü Tehran İnqilab Məhkəməsinin 15-ci filialının sədri hakim Əbdülqasım Salavati çıxarıb. O, jurnalistlərə, fəallara və digərlərinə sərt cəzalar kəsməsinə görə 2019-cu ildə ABŞ-ın sanksiyalarına məruz qalıb.

İslaminin İran və Kanada vətəndaşlığı var, Kanada MakQril Universitetinin məzunudur. O, mayda saxlanıb, “Çexiya respublikasında hüquq təlimi kursunda iştirak vasitəsilə düşmən dövlətlə əməkdaşlıq”da ittiham olunub.

İslaminin ittihamları “əsassız” adlandıraraq rədd etdiyi bildirilir. O, məhkəmədən yayılmış audioyazıda deyir ki, akademik fəaliyyəti “siyasi, təhlükəsizlik və xarici münasibətlərlə bağlı məsələlər”dən uzaq olub.

14 nəfər bəraət alıb

Bu işdə cəmi 15 təqsirləndirilənin olduğu bildirilir. 14 nəfər ABŞ-la əməkdaşlıq ittihamı üzrə bəraət alıb.

Professorun yaxın adamların bildirməsinə görə, təlimi ABŞ-dan qrant alan Çexiya QHT-si təşkil edib.

Qohumları insan haqları və hüququnu aliliyindən dərs deyən İslaminin ABŞ administrasiyasında heç kəslə əlaqə saxlamadığını bildirirlər.

Keçmiş prezident Donald Tramp administrasiyası İrana “maksimum təzyiq” kampaniyası başladandan sonra Tehranla Vaşinqton arasında gərginlik artıb.

Son illər İran bir neçə akademiki və ikili vətəndaşlığı olanları casusluqda ittiham edib. Fransa vətəndaşı, antropoloq Fariba Adelxah 2019-cu ilin iyununda həbs olunub, ötən oktyabrda müvəqqəti azadlığa buraxılıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG