Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:37

Senat Trampın ikinci impiçment mühakiməsinə səs verdi


İmpiçment mühakiməsi

Bu qərarın leyhinə 56, əleyhinə 44 senator səs verib. Səsvemədə 6 respublikaçı senator demokratlara qoşulub.

ABŞ Senatı keçmiş prezident Donald Trampın ikinci impiçment mühakiməsinin keçirilməsinə səs verib.

Bu qərarın leyhinə 56, əleyhinə 44 senator səs verib. Səsvemədə 6 respublikaçı senator demokratlara qoşulub.

Əslində impiçment mühakiməsinin birinci günündə bu mühakimənin özünün Konstutisyaya uyğunluğu məsələsi səsə qoyulmuşdu.

Senat mühakiməsinin ilk günündə Donald Trampın vəkili uzun müdafiə nitqi edib.

Onun əsas arqumenti artıq vəzifəsindən getmiş prezidentin ikinci dəfə impiç edilməsinin məntiqliyi və qanuniliyi barədə idi.

Beləliklə Trampın impiçment prosesi fevralın 10-da davam etdiriləcək.

Trampın vəkilləri impiçmentə hazırlaşır

Fevralın 9-da ABŞ Senatında Donald Trampın ikinci impiçmenti başlanmalıdır. Keçmiş respublikaçı prezidentin bəraət alacağı gözlənir, amma tarixdə zədəli irslə qalacaq.

İmpiçment öncəsi Trampın vəkilləri onun müdafiəsinin ümumi detallarını açıqlayıblar. Onlar keçmiş prezidenti mühakimə etməyi qeyri-konstitusion sayır, onun Kapitoliyə hücumda birbaşa rolu olmadığını bildirirlər.

Vəkillərin mövqeyincə, keçmiş prezident tərəfdarlarına Kapitoliyə gedərək “can-başla savaşmağa” çağıranda “məcazi mənada” danışıb, demokratlar isə onun dediklərinə xüsusi məna verirlər.

“Onun çıxışında qiyama, üsyana, kriminal hərəkətə, hər hansı fiziki zorakılığa birbaşa çağırış, yaxud həvəsləndirmə olmayıb”, – vəkillər yazırlar.

Söz azadlığı hüququ...

Tramp “özbaşına paytaxta silahlı və vuruşmağa hazır gəlmiş bir qrup cinayətkar”ın hərəkətləri üçün məsuliyyət daşımamalıdır, vəkillər vurğulayırlar.

Müdafiə tərəfi keçmiş prezidentin ritorikasının konstitusiyada təsbit olunmuş söz azadlığı hüquqları ilə qorunması məsələsini də qaldıracaqlar.

Yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyə basqını nəticəsində biri polis əməkdaşı olmaqla beş nəfər ölüb. O zaman Konqres Demokrat Co Baydenin 3 noyabr seçkisində qələbəsinin təsdiqlənməsinə baxırdı.

Tramp artıq Nümayəndələr Palatasında impiç olunub. İmpiçment menecerləri kimi tanınan demokratlar da məhkəmə öncəsi öz arqumentlərini təqdim ediblər.

“Prezident Trampın davranışına dəlil həddən artıqdır və onun məsuliyyətdən yayınmaq cəhdləri faydasızdır”, – onlar beş səhifəlik bəyanatda bildirirlər.

“Onun Birləşmiş Ştatlar hökumətinə qarşı, hakimiyyətin dinc transferini pozmuş qiyama çağırışı indiyədək prezident tərəfindən törədilmiş ən ağır konstitusiya cinayətidir”, – demokratlar vurğulayırlar.

Prosedur qaydaları

Senat liderləri arasında razılaşmaya əsasən, məhkəmə fevralın 9-da yerli vaxtla günorta 1-də başlanacaq. İlk öncə belə bir məhkəmənin konstitusiyaya uyğun olub-olmamasına dair səsvermə keçiriləcək.

Prosedur zamanı 100 senator keçmiş prezidentin “qiyama çağırış”da təqsirini müəyyənləşdirməkdən ötrü hakim kimi çıxış edəcəklər.

Məhkəmənin azı bir həftə çəkəcəyi gözlənir. Fevralın 10-dan həm ittiham, həm də müdafiə tərəfi 16 saat ərzində arqumentlərini səsləndirəcəklər. Bunun üçün günə 8 saat ayrılıb.

Amerikalıların 56 faizi Senatın Trampı təqsirli bilərək gələcəkdə dövlət qulluğunda durmasını yasaqlamasını dəstəkləyir. Bunu fevralın 7-də açıqlanmış ABC News/Ipsos sorğusu üzə çıxarıb.

Ancaq impiçment üçün senatdakı 50 demokrata azı 17 respublikaçının dəstəyi lazımdır. Belə bir nəticə isə real görünmür.

Əksər respublikaçı senatorların Trampın hərəkətlərini pisləməsinə baxmayaraq, yalnız bir neçəsi partiya tərəfdarları arasında populyarlığını saxlamış xadimi təqsirli bilməyə hazır olduğunu göstərib.

Şərhlər

XS
SM
MD
LG