Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:54

Ukraynanın Twitter-dən tələbi


Rusiya XİN-in binası

Ukrayna Twitter sosial şəbəkəsini Rusiya Xarici İşlər Nazirliyinin ilhaq olunmuş Krımdakı ofisinin təsdiqlənmiş hesabını ləğv etməyə çağırıb, sosial media nəhəngini Kremlin təbliğatına rəvac verməkdə suçlayıb.

Ukraynanın ABŞ-dakı səfiri Volodimir Yelçenko Twitter-ə məktubunda sözügedən hesabın bağlanması istənilir.

Diplomatik missiya Facebook-da yazır ki, “Rusiyanın Krımdakı işğalçı orqanlarının hesabı rəsmi və qanuni hesab oluna bilməz”.

Moskva 2014-cü ildə Krımı qanunsuz olaraq ilhaq edib, Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Münaqişədə indiyədək 13 min 200 nəfər həlak olub.

Sözügedən hesab isə özünü Rusiya Xarici İşlər Nazirliyinin Krımın ikinci böyük şəhəri olan Simferopolda təmsilçi ofisi kimi təqdim edir. Hesabın 12 minədək izləyicisi var, mavi işarəylə rəsmiliyi təsdiqlənib.

Twitter dövlətə məxsus hesabları mavi işarəylə qeyd edir. Ötən il sosial şəbəkə prosesi təkmilləşdirəcəyini bildirib.

Şərhlər

XS
SM
MD
LG