Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Prokurorluq: 'Minaya düşən iki nəfərin meyit fraqmentləri tapılıb'


Tanka qarşı mina, arxiv foto
Tanka qarşı mina, arxiv foto

Cəbrayıl rayonunda minaya düşən iki nəfərin meyit fraqmentləri tapılıb

Bu barədə bu gün, fevralın 8-də rayon prokurorluğu məlumat yayıb. Məlumatda yazılıb ki, Füzuli rayon sakinləri Mehman Quliyevin, İlqar Əhmədovun və Müstəqim Ələsgərovun Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazisində olarkən onlardan birinə məxsus “VAZ 2106” markalı 99 NH 623 dövlət qeydiyyat nişanlı avtomobilin tank əleyhinə minaya düşərək partlaması ilə bağlı araşdırma aparılıb.

Hələ prokurorluq fevralın 7-də bildirmişdi ki, onlardan biri - Müstəqim Quliyevin meyiti hadisə yerində aşkarlanıb, digər iki nəfər isə axtarılır.

Prokurorluğun bu açıqlamasında isə hadisə yerindən başqa şəxslərə aid meyit fraqmentlərin də aşkar edildiyi vurğulanır:

“Həmin fraqmentlərin İ.Məmmədova və M.Ələsgərova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.Faktla bağlı... Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma),... maddələri ilə cinayət işi başlanıb”.

İtkin kimi axtarılan şəxsin minaya düşdüyü bildirilir

Füzuli rayonun bir sakinin minaya düşdüyü bildirilir. Bu barədə Cəbrayıl Rayon Prokurorluğundan məlumat yayıblar.

Prokurorluğun bildirməsinə görə, əvvəlcə mərhumun və onunla birgə daha iki şəxsin itkin düşməsi ilə bağlı onlara müraciət daxil olub.

Açıqlamaya görə, ilkin araşdırma nəticəsində itkin düşmənlərdən birinə məxsus "VAZ 2106" markalı avtomobilin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Nüzgar kəndi ərazisində tank əleyhinə minaya düşərək partladığı müəyyən edilib. Məlumatda bildirilir ki, prokurorluq əməkdaşlarının hadisə yerinə baxışı zamanı həmin ərazidə itkin düşənlərdən birinin meyiti aşkar edilib.

“Hazırda digər şəxslərin yerinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir”

Açıqlamaya, hələlik, mərhum və itkin düşən şəxslərin yaxınlarının münasibətini almaq mümkün olmayıb.

Son aylar Azərbaycanın işğaldan azad edilən ərazilərində həm bir çox mülki şəxslərin, həm də hərbi qulluqçuların minaya düşmələri nəticəsində həlak olduqları açıqlanıb.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG