Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:48

Dağıstanda bir nəfər polis bölməsində güllələnib


Dağıstan, Mahaçqala, axiv foto

Dağıstanda bir nəfər polis otağında güllələnərək öldürülüb. Həmin şəxsin 34 yaşlı Novokuli kənd sakini Abakar Kaplanov olduğu açıqlanıb. Xəbər verilir ki, yerli sakini öldürməkdə şübhəli bilinən iki Rosgvardiya əməkdaşı artıq tutulub.

Yerli media hadisənin torpaq mübahisəsi üstündə ola biləcəyini yazır.

Dağıstanın "Çernovik" qəzeti Kaplanovun OMON-da xidmət edən əkiz Qurbanov qardaşları tərəfindən güllələndiyini iddia edir. Məlumata ona 30-dan çox güllə vurulub.

Cinayət hadisəsindən sonra hadisə yerinə qətlə ytrilmiş gəncin 300-dən çox qohumu, dostu və o cümlədən çox sayda polis gəlib.

XS
SM
MD
LG