Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:12

Səlim Müslümov həbs edilib


S.Müslümov

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov cinayət məsuliyyətinə cəlb olunub.

Bu barədə bu gün, fevralın 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd edildiyinə görə, onun nazir işlədiyi dövrdə çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktlar DTX-da araşdırılıb.

Açıqlamaya görə, onun özü üçün qanunsuz üstünlüklər əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən tamah niyyəti ilə istifadə etməsinə, əlillər üçün fərdi yaşayış və internat evlərinin tikinti-təmirinin aparılması işlərini yerinə yetirən fiziki və hüquqi şəxslərə ayrılmış pulun bir hissəsinin tələb edilərək alınmasına əsaslı şübhələr yaranıb.

İddiaya görə, həmçinin, S.Müslümovun təkrar rüşvət almasına dair məlumatlar əldə olunub: "Səlim Müslümov Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

Hələlik, bu açıqlamaya S.Müslümov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Atdan yıxılan adamı nazir tapşırdı...
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00

Səlim Müslümov kimdir

Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri postunda olub. Ondan əvvəl isə təqribən 11 il (2002-ci ilin dekabrından) Dövlət Sosial Müdafiə Fonduna rəhbərlik edib.

Hələ ötən əsrin 90-cı illərində "Kapital Bank"ın Səbail filialından milyonların mənimsənilməsi ilə bağlı aparılan cinayət işinə dair mətbuatda gedən yazılarda onun da adı hallanmışdı (Onda S.Müslümovun Maliyyə Nazirliyində çalışdığı qeyd edilirdi). Amma sonradan o, daha məsul vəzifələrə irəli çəkilmişdi. S.Müslümov buna qədər ona qarşı səslənən bir sıra ittihamları qəbul etməyib.

Recommended

XS
SM
MD
LG