Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Yoxsul ölkələrə 330 milyon doza vaksin çatdırılacaq


Ukraynada vaksinasiya
Ukraynada vaksinasiya

Fevralın 4-də Britaniyada Pfizer və AstraZeneca vaksinlərinin birgə dozasının yaratdığı immun reaksiyasının öyrənilməsi prosesi başlanacaq

COVAX vaksin-paylaşım təşəbbüsü yoxsul ölkələr üçün azı 330 milyon doza COVID-19 ayırıb və 2021-ci ilin birinci yarısında çatdırmağı planlaşdırır.

Alyans rəsmilərinin bildirməsinə görə, COVAX planı ilkin mərhələdə 145 ölkənin cəmi əhalisinin ortalama 3.3 faizini əhatələyəcək.

Cəmi 1.2 milyon doza Pfizer vaksini

240 milyon doza Hindistan Serum İnstitutu tərəfindən hazırlanan AstraZeneca-Oksford vaksini, 96 milyon doza AstraZeneca-nın öz məhsulu olacaq. 1.2 milyon doza isə Pfizer –BioNTech-in COVID-19-a qarşı vaksini olmalıdır.

Dünya Səhiyyə Təşkilatının rəsmisi Ənn Lindstrand brifinqdə deyib ki, ilkin dozaların “fevralın sonu, martın əvvəlinə çatdırılacağına” ümid var.

Pfizer vaksinin veriləcəyi ilk ölkələr sırasında Cənubi Afrika, Kabo Verde və Ruanda da var.

Amma bu prosesdə bəzi məsələlər də ortaya çıxa bilər, DST vaksinləri təcili istifadəyə təsdiqləməlidir, ölkələr onları qəbul etməyə hazır olmalıdır və sairə.

104 milyondan çox insana peyvənd vurulub

Ötən apreldə yaradılmış COVAX təşəbbüsünə 190 ölkə qoşulub. Məqsəd pandemiya dövründə vaksinlərə bərabər çıxışı təmin etməkdir.

Fevralın 3-də dünya üzrə COVID-19-a qarşı peyvənd olunanların sayı 104 milyonu keçib.

Ümumilikdə bütün dünya əhalisinin nə vaxta vaksin olunacağı bəlli deyil. Peyvənd vurulanların çoxu hələ ilkin dozanı qəbul edib.

Fevralın 4-də Britaniyada Pfizer və AstraZeneca vaksinlərinin birgə dozasının yaratdığı immun reaksiyasının öyrənilməsi prosesi başlanacaq.

Bu gündən Avstraliyanın Melburn şəhərində koronovirus qadağaları yenidən tətbiq olunub. Fevralın 8-dən 21-dək bu şəhərdə tennis turniri keçirilməlidir. Turnir iştirakçılarının qaldığı otelin əməkdaşının testi pozitiv çıxıb. 500-dən çox tennisçi və rəsmi təcrid olunub. Fevralın 4-nə planlaşdırılan hazırlıq oyunları təxirə salınıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG