Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:31

Prezident Administrasiyasının qarşısında aksiya


İlkin Süleymanovun yaxınları etiraz edir: Heç bir sübut yoxdur
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

İlkin Süleymanovun yaxınları etiraz edir: Heç bir sübut yoxdur

Fevralın 3-də azyaşlı Nərmin Quliyevanın öldürülməsində ittiham olunan İlkin Süleymanovun yaxınları Prezident Administrasiyasının qarşısına toplaşıb. Onlar cinayət işinin istintaqının bu yaxınlarda daha 4 ay uzadılmasına etiraz edir. Şikayətçilərin sözlərinə görə, İ.Süleymanov günahsızdır. Onlar əlavə edirlər ki, istintaq artıq bir ildən çoxdur gedir və günahsız şəxs daha 4 ay həbsdə qalacaq: "Biz dərdimizi cənab prezidentə, xanım Mehriban Əliyevaya deməyə gəlmişik. 700 kənd sakini prezidentə məktub göndərdi, dedilər ki, İlkin günahsızdır, xahiş etdilər ki, əsl günahkar tapılsın, cavab gəlmədi".

Aksiya iştirakçıları deyib ki, İ.Süleymanovu fakt sübut olmadan həbs ediblər: "Biz bu haqsızlığa son qoymaq üçün bura gəlmişik, inanırıq ki, cənab prezident bu qanunsuzluğa son qoyacaq".

Əraziyə cəlb olunmuş polis qüvvələri iki nümayəndəni qəbula buraxacaqlarını bildirib. Daha sonra toplaşanlar Baş Prokurorluğa yollanıb.

Aksiya zamanı insident yaşanmayıb.

Bu şikayətə, hələlik, rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Azyaşlı N.Quliyevanın valideynləri isə qızlarının qətilində əli olan bütün şəxslərin cəzalandırılmasını tələb edirlər.

Xatırlatma

10-yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində itkin düşüb. Ötən ilin yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Yanvarın 10-da isə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayaraq N.Quliyevanın qətlində 47-yaşlı İ.Süleymanovun şübhəli bilinərək saxlandığını, onun ilkin ifadəsində cinayəti etiraf etdiyini açıqlayıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin (CM) 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz adamı öldürmə) və 145.2.3 (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb. CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilədək, 120.2.9 maddəsində isə 14 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Recommended

XS
SM
MD
LG