Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Kibrit kəskin bahalaşıb


Kibrit
Kibrit

Rusiyadan gələn kibritlər təqribən 100 faiz bahalaşıb.

Azərbaycanın cənub bölgəsinin rayonlarındakı mağazalarda əvvəllər bir ədəd kibrit 4 qəpiyə satılırdısa, indi 8 qəpiyə yüksəlib.

İrandan və Ukraynadan gətirilən kibritlərin qiymətlərində də, azda olsa, artım müşahidə edilir. Kibritlərdə olan çöplərin sayı da azaldılıb. İndi bir kibrit qutusunda 35-36 ədəd çöp olur, əvvəllər isə çöplərin sayı 45-50 ədəd olardı.

Mağaza sahibləri deyirlər ki, ən çox alınan Rusiyadan gətirilən kibritlərdir.

Məsələyə, hələlik, İqtisadiyyat Nazirliyindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Rayonlarda kibritdən geniş istifadə edirlər. Çünki bəzən elektrik kəsilir, neft lampasını yandırmağa ehtiyac yaranır. Üstəlik, mavi yanacağın olmadığı yerlərdə odun sobasından istifadə edilir.

XS
SM
MD
LG