Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 09:38

Məşhurlardan kimin gözü hansı rolda qalıb


Hollivud
Hollivud

Hazırda biz Nikol Kidmanı HBO-nun çəkdiyi "The Undoing" triller serialında Hyu Qrantla yanaşı görürük. Ancaq o, artıq 20 il bundan əvvəl ekranı Hyu Qrantla paylaşa bilərdi. O bu yaxınlarda "Marie Claire" jurnalı üçün Hyu Qrantla söhbətində 1999-ci ildə çəkilmiş "Notting Hill" filmində çəkilmək istədiyini deyib. Bundan başqa o, 2003-cü ildə çəkilmiş və yenə Qrantın baş rolda çəkildiyi "Love Actually" filminin komandasına qoşulmağa cəhd edibmiş. O bu filmdə oynamağı çox istəyirmiş. Ona kiçik bir rol veriləcəkmiş.

"Notting Hill"də isə o, Culiya Robertsin çəkildiyi Anna Skott rolunu oynamaq istəyirmiş: "Ancaq mən kifayət qədər məşhur … və …istedadlı deyildim".

100 milyon dollar qazanacaqdı

Rassel Krou isə "The Howard Stern Show" proqramında deyib ki, "Lord of the Rings" trilogiyasında Viqqo Mortensenin oynadığı Araqorn rolu əvvəlcə ona təklif olunubmuş. Aktyor bu təklifdən imtina etdiyi üçün peşman olduğunu deyib.

Bu təklifə həm də filmin gəlirinin 10%-i daxil imiş. Krou bu təklifi qəbul etsəydi, 100 milyon dollar qazanacaqdı.

"Mənə elə gəlirdi ki, [rejissor] Piter Cekson məni bu filmdə görməyi elə də çox istəmir. Məncə, o mənimlə danışıq aparmağa məcbur edilmişdi. Çünki elə bir vaxt idi ki, hamı hər yerdə məni görmək istəyirdi. İnstinktim mənə deyirdi ki, onun ağlında başqa adam var idi… Özü də istədiyi aktyoru götürə bilərdi", – "Qladiator" filmindən tanıdığımız Krou deyib.

Elton Con da daxil olmaqla hər kəs Teron Ecertonun "Rocketman" filmindəki ifasını çox bəyənib. Ancaq ilk vaxtlar əfsanəvi musiqiçinin ağlında bir neçə başqa aktyor da var imiş. Onlardan biri də Castin Timberleykdir.

Timberleyk ilk dəfə Ser Eltonun həyat yoldaşı və "Rocketman"in prodüseri Devid Förnişin diqqətini cəlb edib. Özü də Timberleyki "This Train Don't Stop There Anymore" mahnısının (2001) klipində görəndən sonra.

Ancaq Förniş "Hollywood Reporter"ə heç vaxt uyğun vaxt və imkan tapmadıqları üçün aktyorla rəsmi danışıq aparmadıqlarını deyib.

Uinsletin rolu Peltrouya təklif olunubmuş

Sən demə, 1997-ci ildə çəkilmiş "Titanik" blokbasterində Keyt Uinsletin yerinə Roza roluna Qvinet Peltrou çəkilə bilərmiş. O bu rol üçün seçilmiş sonuncu iki aktrisadan biri imiş. Ancaq son nəticədə təklifdən imtina edib. Buna baxmayaraq, aktrisa peşman olmadığını deyir.

Maraqlıdır ki, 1998-ci ildə çəkilmiş və çoxsaylı "Oskar" mükafatlarına layiq görülmüş "Shakespeare in Love" filmində Qvinet Peltrounun oynadığı Viola de Lesseps rolu daha əvvəl Keyt Uinsletə təklif olunubmuş. Ancaq britaniyalı aktrisa müstəqil filmlərdəki işinə fokuslanmaq üçün bu roldan imtina edib. Xatırladaq ki, bu rol Peltrouya "ən yaxşı aktrisa" nominasiyasında "Oskar" mükafatı qazandırıb.

Bundan başqa, Peltrou bu yaxınlarda Culiya Robertsin də bu rolu oynamağa razılıq verdiyini deyib. Özü də onun namizədliyi uzun müddət bu rol üçün nəzərdən keçirilib. Sonradan planlar dəyişib.

1972-ci ildə çəkilmiş "The Godfather" Hollivudun ən əfsanəvi filmlərindən biridir. Filmi əfsanəvi edən amillərdən biri Al Paçinonun yaratdığı Maykl Korleone obrazıdır. Maraqlıdır ki, bu rol ondan əvvəl Cek Nikolsona təklif olunub və aktyor bu təklifi rədd edib. Nikolson bu rola uyğun olmadığı qənaətinə gəlib. "O zaman düşünürdüm ki, hindistanlılar hindistanlıları, italyanlar italyanları oynamalıdırlar. …Mən də daxil olmaqla Maykl Korleoneni oynaya biləcək çoxlu aktyor var idi, ancaq Al Paçino əsl Maykl Korleone idi", – o deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG