Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:08

Yaponiyada fövqəladə vəziyyət uzadılır


Yaponiya, arxiv fotosu
Yaponiya, arxiv fotosu

Rusiya fevralın 1-dən Britaniyadan uçuşlara qadağanı ayın 17-dək uzadıb

Fevralın 2-dən Yaponiya Tokio və digər regionlarda fövqəladə vəziyyəti daha bir aylığa uzadıb. Hökumət koronavirusla bağlı vəziyyətin yaxşılaşmasına çalışır.

Yaponiyada vaksinlərin vurulmasına fevralın sonundan, yəni digər qabaqcıl ölkələrdən daha gec başlanacaq.

Vaksin işlərinə nəzarət edən nazir Taro Kono jurnalistlərə deyib ki, peyvəndləmə kampaniyası yubana bilər, çünki Avropa Birliyi vaksin ixracını məhdudlaşdırmaq siyasəti yürüdür. Kono mümkün yubanmanın müddətindən danışmayıb.

Avstriya qadağaları yüngülləşdirir

Dünya Səhiyyə Təşkilatının (DST) missiyası isə pandemiyanın mənşəyinin araşdırılması məqsədilə Çində səfərdədir, fevralın 2-də Vuhanda heyvan qayğı mərkəzinə baş çəkməlidir. Koronavirusun 2019-cu ilin əvvəlində məhz bu şəhərdə peyda olduğu bildirilir.

Avropada isə Avstriya fevralın 1-də elan edib ki, ayın 8-dən pandemiya qadağalarının yüngülləşdirilməsi yönündə addım atacaq.

Hələlik, ölkədə yoluxma səviyyəsi hökumətin hədəfindən iki dəfə çoxdur. Amma hökumət karantinin psixoloji və iqtisadi təsirini nəzərə almalı olduğunu deyir.

Avstriya dekabrın 26-dan üçüncü karantin rejimindədir. Bircə xizək kurortları yerli ziyarətçilərin üzünə açıq qalıb.

Yeni qaydalara görə, testdən keçirilmiş şagirdlərin məktəbə getməsinə icazə veriləcək, digərləri isə dərslərə onlayn qoşulacaq. Bütün mağazalar, muzeylər, zooparklar açılacaq, amma adamlar tibbi maskalar taxmalıdırlar.

Təhlükəsiz yol və digər şərtlər

“Epidemioloji baxımdan məsələ aydındır. Ən təhlükəsiz yol karantində qalmaqdır. Amma uşaqlar məktəbə qayıtmaq istəyir, işsizliyi mümkün qədər aşağı səviyyədə saxlamaq lazımdır. Eyni zamanda nəzərə alınası sosial və psixoloji aspektlər də var”, – Kansler Sebastyan Kurz mətbuat konfransında deyib.

Kurz onu da əlavə edib ki, Avstriya daha yoluxucu olduğu bildirilən variantların ölkəyə gəlməsini önləmək üçün sərhədlərini möhkəmləndirəcək.

Digər ölkələr də yeni variantlara qarşı tədbir görürlər. Britaniya, Cənubi Afrika və Braziliyada aşkarlandığı bildirilən variantların daha yoluxucu olduğu bildirilir. Braziliya və Cənubi Afrikada variantlar daha çox yayılarsa bəzi araşdırmalar vaksinlər az effektli olduğunu göstərib.

Rusiya fevralın 1-dən Britaniyadan uçuşlara qadağanı fevralın 17-dək uzadıb.

Cənubi Afrika isə fevralın 1-də AstraZeneca vaksininin ilk dozasının gətirildiyini bəyan edib. Bu ölkə vaksinin daha təhlükəli variantı ilə mübarizə aparır və vaksinasiya kampaniyasının effektini bütün dünya diqqətlə izləyəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG