Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:52

Myanmada hərbi çevriliş baş verib


Aunq San Suu Kyi

Myanma ordusu dövlət çevrilişi edərək ölkənin de fakto lideri Aunq San Suu Kyi və hakim partiyadan digər aparıcı məmurları saxlayıb.

Orduya məxsus televiziya fevralın 1-də ölkədə “sabitliy”in qorunmasından ötrü bir aylıq fövqəladə vəziyyət elan edib.

Keçmiş general, vitse-prezident olmuş Myint Sve prezidentin vəzifəsini icra etməyə başlayıb.

Birləşmiş Ştatlar, Avstraliya və bir sıra digər ölkələr dövlət çevrilişindən, hökumətin mülki liderlərinin saxlanmasından narahatlıq bildiriblər.

Son həftələr hökumətlə ordu liderləri arasında gərginlik artmışdı. Ordu noyabr seçkisinin saxtalaşdırıldığını deyirdi.

Suu Kyi 2015-ci ildə hakimiyyətə gələndən sonra ordu siyasi və iqtisadi nüfuzunu saxlayıb. Nobel Sülh mükafatı laureatı olan Kyinin beynəlxalq mövqeyi isə hakimiyyətə gələndən sonra xeyli sarsıldı. Buna 2017-ci ildə qərbi Raxin vilayətindən yüzminlərlə Rohinca müsəlmanın didərgin düşməsi, minlərlə insanın ordu tərəfində qətlə yetirilməsi səbəb oldu.

XS
SM
MD
LG