Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:02

Su iki qat bahalaşdı


Moldova - meter, water, generic
Moldova - meter, water, generic

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, aidiyyəti qurumların müraciətlərinə baxılıb və bəzi qərarlar qəbul edilib.

Bu barədə qurumun yanvarın 31-də yayılan məlumatında bildirilir.
Məlumata görə, “Azərsu” Açıq Səhimdar Cəmiyyətinin (ASC) Şuraya müraciətində bildirilib ki, son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz, keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərcləri artmıb.

“Həmçinin, Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlər fəaliyyət üzrə xərcləri qarşılamır. Bu xərclərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya ayrılır.”, məlumata görə, onlara bildirilib.

Açıqlamaya görə, Tarif (qiymət) Şurasının iclasında “Azərsu” ASC-nin təklifi əsasında əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılıb:

“...Bir kub metr su təchizatının tarifi ƏDV (əlavə dəyər vergisi) daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kub metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.”

Bununla da qiymətlər iki qat bahalaşıb.

Açıqlamada sonra da yazılıb:

“Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq, büdcədə sərbəstləşən vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.”

Qeyd edilir ki, su təchizatı və tullantı sularının axıdılması xidmətləri üzrə sonuncu qiymət tənzimlənməsi 13.05.2016-cı il tarixində aparılıb: “Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib”.

Başqa qərarlar

Şuranın iclasında həmçinin, dərman vasitələrinin və maddələrinin ekspertizası xidmətləri tariflərinə də baxılıb.
Qərarlar 2021-ci il fevralın 1-dən qüvvəyə minəcək

Tarif Şurası bundan əvvəl, bu ilin əvvəlində benzinin qiyətini 10, dizelin isə 30 faizdən çox bahalaşdırıb.

“Tarif Şurası yenə yapdı yapacağını...”

Rövşən Ağayev, 6 fevral 2009
Rövşən Ağayev, 6 fevral 2009

“Tarif Şurası yenə yapdı yapacağını. Hökumət suyun qiymətini 2 dəfə artırdı. Əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manat hesablayın. Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır - bütün istehlakı içməli su və kanlizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır.”

Bunu Tarif Şurasının qərarını dəyərləndirən iqtisadçı Rövşən Ağayev qeyd edib. O, vurğulayıb ki, Azərbaycan vətəndaşının büdcəsi üçün bu çox yüksəkdir.

“ Hökumət iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir
İqtisadçının fikrincə, kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində qalmasa idi, adi bir şöbə rəhbəri 100-150 min manatlıq maşında gəzməsə idi, şəffaflıq və xidmətlər keyfiyyətli olsa idi qiymətərin hətta bahalığı belə insanları indiki qədər narazı salmazdı:

“ Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Məmurların vətəndaşın cibindən hiss olunur ki, real məlumatları yoxdur”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG