Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:09

131 yeni yoluxma aşkarlanıb, 7 ölüm


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 407 nəfər sağalıb.

Bu məlumatı yanvarın 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 230066 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 222 960 nəfər sağalıb, 3 126 nəfər vəfat edib, aktiv xəstə sayı 3980 nəfərdir”.

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 244, hazırkı dövrədək isə 2 401 720 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG