Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:32

Buxarestdə COVID-19 xəstəxanasında dörd nəfər ölüb


Hadisə yeri

Buxarestdə COVID-19 xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib, rəsmilər azı 4 nəfərin öldüyünü deyirlər.

Matey Bals xəstəxanasından azı 100 nəfər çıxarılıb.

Səhiyyə naziri Vlad Voikulesku təxliyə olunan xəstələrin xəsarət almadıqlarını bildirib.

Artıq söndürülmüş olan yanğın səhər saat 5-də xəstəxana binalarından birində başlanıb, səbəbi bəlli deyil. Həmin vaxt binada 200-dək insanın olduğu bildirilir.

1953-cü ildə tikilmiş bina tamamilə yenilənmiş vəziyyətdədir.

Faciəylə bağlı cinayət işi açılıb. Noyabrda ölkənin şimal-şərqində yerləşən Piatra Neamt şəhərində xəstəxananın reanimasiya şöbəsində yanğında 10 COVID-19 xəstəsi ölmüşdü.

Səhiyyə Nazirliyi yanğının elektrik xəttində qısa qapanmadan baş verə biləcəyini deyirdi.

Avropa Birliyinin ən yoxsul ölkələrindən olan Rumıniyanın əhalisi 19 milyon nəfərdir, indiyədək koronavirusa 721 mindən çox yoluxma, 18 min 100-dən artıq ölüm qeydə alınıb.

XS
SM
MD
LG