Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 10:03

Facebook Qarabağ postunu bərpa eləmədi


Arxiv fotosu
Arxiv fotosu

2020-ci ilin noyabrında, 44 günlük Qarabağ müharibəsində atəşkəs əldə olunmağına az qalmış anonim bir istifadəçi post yerləşdirib

Facebook sosial şəbəkəsinin Nəzarət Orqanı azərbaycanlıların aşağılandığı postun silinməsi qərarını qüvvədə saxlayıb. Bu haqda “Eurasianet” portalı yazır.

Bu müstəqil orqan 2020-ci ildə yaradılıb, “Facebook” əməkdaşları onun kontentlə bağlı qərarlarına əməl etməlidirlər. Bəzilərinin “Ali Məhkəmə” adlandırdığı qurumun məqsədi sosial media nəhənginin faktla əsaslanan və saxta xəbərləri arasında cizgi çəkmək, qorunan və nifrət çıxışını fərqləndirməkdir.

Orqanın dünyanın müxtəlif yerlərindən jurnalistlər, jüri və ekspertlərdən ibarət 20-dən çox üzvü var, ümumilikdə ifadə azadlığına tolerant yanaşır. Yanvarın 28-də açıqlanmış altı qərardan beşində şirkət əməkdaşlarının kontenti silərkən aşırı davrandığı müəyyənləşdirilib.

Postda nə yazılmışdı

Bircə qərarda isə əvvəlki qadağa qüvvədə saxlanıb. 2020-ci ilin noyabrında, 44 günlük Qarabağ müharibəsində atəşkəs əldə olunmağına az qalmış anonim bir istifadəçi post yerləşdirib. Rusca yazılmış postun müəllifi iddia edib ki, Azərbaycanın paytaxtı Bakını 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində ermənilər tikiblər. Daha sonra azərbaycanlılarla bağlı aşağılayıcı ifadənin yer aldığı postda Azərbaycanın “təcavüz və vandalizm”inə son qoyulmasına çağıran həştəq yerləşdirilib, Qarabağın tanınmasına çağırış yer alıb.

Nəzarət Orqanı posta işlədilən ifadənin aşağılayıcı məna daşımasıyla razılaşıb. Həmin postun yerləşdirildiyi vaxt Azərbaycanla Ermənistan arasında müharibə getdiyi vurğulanıb, oxşar ifadələrin ayrıseçkilik və zorakılıq mühiti yaratdığı qeyd olunub. “Silahlı münaqişə zamanı insanların bərabərlik hüququna, təhlükəsizlik və həyatına risklər xüsusi diqqət mərkəzinə keçir”, – qərarda deyilir.

Myanmadan post

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti əsasən ələ alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

“Eurasianet” yazır ki, Nəzarət Orqanının bəzi digər qərarlarının Qarabağla bağlı postdan fərqini görmək çətindir. Məsələn, bəlkə də ən mübahisəli qərar Myanma ilə bağlıdır. Müsəlman azlığın son illər etnik təmizləməyə məruz qaldığı bu ölkədən bir istifadəçi yazıb ki, “müsəlmanların psixologiyasına nəsə olub”. Qurum bu postun bərpasına qərar verib.

“Müsəlmanlara qarşı təhqiramiz hesab olunmasına baxmayaraq, nifrət təbliğ etmir, yaxud hər hansı formada bilərəkdən birbaşa təhdid yaratmır”, – qərarda deyilir.

XS
SM
MD
LG