Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 13:17

MN: 'Nəcməddin Sadıkov hərbi xidmətdə deyil'


N.Sadıkov (sağda) ehtiyata buraxılıb.
N.Sadıkov (sağda) ehtiyata buraxılıb.

Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Nəcməddin Sadıkovun hazırda hərbi xidmətdə olmadığı bildirilir.

Bu barədə "Turan" agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, N.Sadıkov ordu sıralarından ehtiyata buraxılıb.

N.Sadıkovun hansı səbəbə görə ehtiyata buraxılması ilə bağlı məsələyə isə aydınlıq gətirilməyib.

Bu məlumata, hələlik, N.Sadıkovun özündən və yaxınlarından da münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Nəcməddin Sadıkov 1956-cı ildə Dərbənd şəhərində (Dağıstan MSSR) doğulub. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1988-ci ildə Frunze adına Hərbi Akademiyanı və 1991-ci ildə Ali Zabit Hazırlığı Kursunu bitirib.

1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edib. 1992-ci ilin fevralında Azərbaycan Ordusuna keçib. Birinci Qarabağ müharibəsində iştirak edib.

1993-cü il noyabrın 2-də müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG