Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:25

Zərif: ‘Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir’


Məhəmməd Cavad Zərif (solda) və Ara Ayvazyan (sağda)
Məhəmməd Cavad Zərif (solda) və Ara Ayvazyan (sağda)

“İran İslam Respublikası bütün ölkələrin ərazi bütövlüyünün saxlanmasını vacib hesab edir. Bizim üçün qırmızı xətt – Ermənistan Respublikasının ərazi bütövlüyüdür və bunu aydın şəkildə bəyan etdik”, – Zarif vurğulayıb

Rəsmi Tehran Ermənistan və İranın dəmiryol xətlərini Naxçıvan vasitəsilə birləşdirməyə real baxır. Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda AzadlıqRadiosu-nun Ermənistan xidmətinə deyib. Zərif ermənistanlı həmkarı Ara Ayvazyanla iki saata yaxın danışıqlar aparıb.

Bakı və Moskvaya səfərindən sonra Yerevana gedən Zərif Tbilisi və Ankaraya da baş çəkəcək.

Azatutyun Radiosunun sualına cavabında Zərif deyib ki, Ermənistan və İranın dəmiryollarının Naxçıvan ərazisi vasitəsilə birləşdirilməsi İranın, Ermənistanın və bütün regionun ehtiyacından doğur. “Biz Ermənistan, Azərbaycan və Rusiyayla işləyirik. Naxçıvan ərazisilə dəmiryolu əlaqəsi imkanlardan biridir, köhnə dəmiryolu şimalı və cənubu birləşdirir”, – Zərif bildirib.

“Ermənistan hesab edir ki, Azərbaycanın Artsaxa (ermənilər Qarabağa belə deyirlər) qarşı təcavüzünün və güc tətbiqinin nəticələri uzunmüddətli sülhə əsas yarada bilməz”, – bunu Ara Ayvazyan Zəriflə görüşündə deyib.

Qırmızı xətt

Zərif isə qeyd edib ki, İran üçün qırmızı xətt Ermənistanın ərazi bütövlüyüdür.

“İran İslam Respublikası bütün ölkələrin ərazi bütövlüyünün saxlanmasını vacib hesab edir. Bizim üçün qırmızı xətt – Ermənistan Respublikasının ərazi bütövlüyüdür və bunu aydın şəkildə bəyan etdik”, – Zarif vurğulayıb.

Yerli medianın məlumatına görə, Məhəmməd Cavad Zərif Bakıda jurnalistlərə Azərbaycanın torpaqlarını azad etdiyinə görə sevinc hissi keçirdiyini demişdi.

O, yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə onun "3+3" əməkdaşlıq formatı təklifinə uyğun olaraq, regionun 5 ölkəsini ziyarət edəcəyini deyib. “Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur", – Zərif vurğulayıb.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti əsasən ələ alıb. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG