Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:55

Bu il pulköçürmələr heç də azalmayacaq


İllüstrativ foto
İllüstrativ foto

Dünya Bankı oktyabrda 2020-ci il üzrə az və ortagəlirli ölkələrə göndərişlərdəki azalmanı 7 faizə saldı. Bank bu il üçün 7.5% azalma proqnozlaşdırırdı

Bu il miqrantlar tərəfindən pul transferləri pandemiyadan öncəki səviyyəyə qayıda bilər. “Reuters” agentliyi bunu yeni araşdırmaya istinadla yazır. Dünya Bankı isə 2021-ci ildə inkişaf etməkdə olan ölkələrə göndərilən pulun daha da azalacağını proqnozlaşdırırdı.

İqtisadiyyatlar özünə gəldikcə...

Pulköçürmələr az və ortagəlirli ölkələrə xaricdən gələn maliyyənin əsas mənbəyidir. Koronavirus pandemiyası dövründə bu göndərişlərin azaldığı güman edilirdi.

Pul transferləri üzrə ixtisaslaşmış “Western Union” şirkətinin sifarişilə “Oxford Economics” şirkətinin hazırladığı hesabatda deyilir ki, bu il üçün pul göndərişlərinin perspektivləri qeyri-müəyyən qalır. Amma qabaqcıl iqtisadiyyatlar özünə gəldikcə, inkişaf etməkdə olan ölkələrin tələbatı artdıqca, bu il göndərişlər pandemiyadan öncəki səviyyəyə qalxa bilər.

Pandemiya dövründə Meksika, Əl-Salvador, Keniya, Pakistan, Banqladeş, Filippin, Şri-Lanka kimi ölkələrə pul köçürmələrin heç də azalmadığı bildirilir.

Vəziyyət ağırlaşanda...

“Böhran vaxtı adamlar qayğısını çəkdiklərini daha qətiyyətlə dəstəkləyirlər. İnkişaf etməkdə olan ölkələrdə vəziyyət ağırlaşanda pul göndərənlər iqtisadi təhlükəsizliyin ön xəttinə keçirlər”, – “Western Union”ın baş icraçı direktoru Hikmet Ersek hesabatla birlikdə yayılmış bəyanatda deyir.

Hesabatda pul göndərişlərinin gələcəkdə də azala biləcəyi vurğulanır, çünki sərhədlər açıldıqca pullar həm də qeyri-rəsmi kanallarla göndərilir. Üstəlik, 2020-ci ildəki kimi miqrant fəhlələrin axınında azalma davam edə bilər.

Dünya Bankı oktyabrda 2020-ci il üzrə az və ortagəlirli ölkələrə göndərişlərdəki azalmanı 7 faizə saldı. Daha öncəki proqnoz 19.7% idi. Bank bu il üçün 7.5% azalma proqnozlaşdırırdı.

2019-cu ildə sözügedən ölkələrə pulköçürmələr 4.3% artmışdı.

“Oxford Economics” bildirir ki, miqrant fəhlələrin olduğu 20 əsas ölkənin iqtisadiyyatı bu il güclənəcək. Bu baxımdan 2021-ci ildə pulköçürmələrdə böyük azalma baş verərsə, bu, iqtisadi tendensiyalarda qeyri-adi dərəcədə kəskin sapma demək olar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG