Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:20

Respublikaçı senatorlardan yalnız beşi impiçmenti dəstəkləyir


Donald Tramp
Donald Tramp

Keçmiş prezident yanvarın 6-da tərəfdarlarının Kapitoliyə basqını ilə əlaqədar qiyamı qızışdırmaqda ittiham olunur.

Yetərli sayda respublikaçı senator keçmiş prezident Donald Trampın impiçmentinə səs verməyəcək. Bunu Senatda impiçment məhkəməsi öncəsi keçirilən səsvermə göstərib.

Keçmiş prezident yanvarın 6-da tərəfdarlarının Kapitoliyə basqını ilə əlaqədar qiyamı qızışdırmaqda ittiham olunur.

Yanvarın 26-da demokratların nəzarətində olan senatda məhkəmənin dayandırılmasıyla bağlı vəsatətin qarşısı alınıb. Yalnız beş respublikaçı senator 50 demokrata qoşularaq bu addıma səs verib.

İmpiçmentin “ölü doğulması”

İmpiçmentdən ötrü senatda üçdə iki səs çoxluğu, yəni 17 respublikaçının demokratları dəstəkləməsi lazımdır.

Respublikaçı senator Rand Polun qaldırdığı vəsatətdə impiçmentin ABŞ Konstitusiyasını pozub-pozmaması məsələsi qoyulmuşdu.

Cəmi 5 respublikaçının səsvermədə demokratları dəstəkləməsi onu göstərir ki, yetərli sayda respublikaçı öz partiyasına qarşı çıxaraq Trampı təqsirli bilməyə səs verməyəcək.

“Bu məğlubiyyət əslində, qələbə deməkdir. 45 səs impiçmentin ölü doğulmasıdır”, – Pol jurnalistlərə deyib.

Pol və digər respublikaçıların fikrincə, Tramp daha vəzifədə deyil deyə, impiçment də qeyri-konstitusiondur.

Məhkəmə fevralın 8-dən sonra başlamalıdır, ancaq senatorlar prosedurları yerinə yetiriblər, jüri kimi and içiblər.

Ekspertlər “konstitusiyaya uyğundur” deyir

Respublikaçı senatorların çoxu Trampın Kapitoliyə basqın zamanı hərəkətlərini pisləyib, ancaq onu mühakimə etməyə heç də hamısı həvəsli görünməyib. Tramp hələ də partiya tərəfdarları arasında populyardır.

Bəzi hüquq ekspertlərinin fikrincə, vəzifədən getmiş prezidentin impiçmenti konstitusiyaya uyğundur. Onlar deyirlər ki, prezidentlər vəzifə müddətlərinin sonuna yaxın yol verdiyi pozuntulara görə toxunulmaz olmamalıdırlar.

İmpiçment proseduru gələcəkdə vəzifə tutmağa qadağa qoyulması ilə nəticələnə bilər.

Tramp ABŞ tarixində ikinci dəfə impiç olunan ilk prezidentdir.

O, 2020-ci ilin fevralında Senatda bəraət alıb. O zaman səlahiyyətindən sui-istifadədə və Konqresin işini əngəlləməkdə ittiham olunurdu. Prezident Ukraynada demokratlardan rəqibi Co Bayden və oğlu ilə bağlı araşdırma aparılmasını istəmişdi.

Nümayəndələr Palatası yanvarın 13-də impiçment maddəsini təsdiqləyib. Tramp Kapitoliyə basqından öncə tərəfdarları qarşısında çıxışında qiyamı qızışdırmaqda suçlanır. Həmin basqında biri polis əməkdaşı olmaqla beş nəfər ölüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG