Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:56

FHN polkovniki dövlət sirrini yaymağa görə məhkəmə qarşısında


FHN
FHN

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran vəziyyətində idarəetmə mərkəzinin Əməliyyat idarəsinin şöbə rəisi Əfrasim Aşurbəyov dövlət sirrini yaymaqda suçlanır. FHN-in polkovniki bu ittihamla da həbs olunub.

Ə.Aşurbəyova Cinayət Məcəlləsinin 284.1-ci (dövlət sirrini yayma) maddəsi ilə ittiham irəli sürülüb.

"Xidməti fəaliyyəti ilə əlaqədar ona məlum olan, lakin dövlət sirri sayılan məlumatların yayılmasına görə cinayət məsuliyyətinə cəlb edilib. Ötən ilin noyabrından həbsdədir", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.

Yanvarın 26-da Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə Ə.Aşurbəyovun haqqında həbs-qətimkan tədbiri ilə bağlı məsələyə yenidən baxılıb. Həm təqsirləndirilən polkovnik özü, həm də vəkili onun ev dustaqlığına buraxılmasını istəyib. Prokurorluq isə onun qaçıb gizlənmək, istintaqın gedişinə təsir göstərmək ehtimalını vurğulayaraq ibtidai istintaq dövründə həbsdə saxlanmasını məqsədəuyğun sayıb.

Hakim prokurorluğun istəyini təmin edib.

Ə.Aşurbəyovun ittiham olunduğu CM-in 284.1 maddəsində 3 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub. Əlavə cəza kimi 3 ilədək müəyyən vəzifə tutmaq hüququndan məhrum edilə bilər.

FHN polkovnikinin bu ittiham üzrə özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG