Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:37

Qusar xəstəxanası ilə bağlı cinayət işi başlanıb


Xəstəxana. Foto arxiv

Qusar rayon Mərkəzi Xəstəxanasının direktoru və bəzi vəzifəli şəxsləri qanunsuz əməldə şübhəli sayılırlar.

Bu barədə bu gün, yanvarın 26 -da Qusar rayon Prokurorluğu məlumat yayıb.

Açıqlama Qusar Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mübariz Zeynalovdan başqa, inzibati məsələlər üzrə direktor müavini Nəzakət Salmanova və maliyyə şöbəsinin müdiri Eldar Məhsimovdan da bəhs edir: "...Xəstəxananın Təxirəsalınmaz Tibbi Yardım bölməsinin bir neçə əməkdaşına COVID-19 pandemiyası ilə bağlı mübarizə tədbirlərinə cəlb edilmələrinə görə ödənilməli olan müddətli əlavələri mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilmişdir".

Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Açıqlamaya, hələlik, sözügedən şəxslərin və onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.

XS
SM
MD
LG