Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:59

Müharibədə həlak olanların yaxınları yolu bağladılar


Bakıda aksiya. 25 yanvar 2021
Bakıda aksiya. 25 yanvar 2021

Bu gün, yanvarın 25-i, saat 12:00-da 44 günlük İkinci Qarabağ müharibəsində həlak olanların bəzi ailə üzvləri Bakıda yolu bağlayaraq Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş tələb ediblər.

Onlar deyiblər ki, həlak olan yaxınları paytaxtdan kənarda, Qaradağ rayonunda dəfin ediliblər. Aksiya iştirakçıları yaxınlarının Bakıda II Fəxri xiyabanda dəfn edilməsini tələb ediblər.

Onların demələrinə görə, əvvəlcə Nazirlər Kabinetinin binasına gələrək bu məsələnin həllini xahiş ediblər. Şikayətçilərin vurğulamasına görə, orada onlara bildiriblər ki, müdafiə nazirinin müavini Kərim Vəliyev onları qəbul edəcək. Aksiya iştirakçıları qeyd ediblər ki, bu qəbul gerçəkləşməyib və daha sonra da yolu bağlamalı olublar.

Baş verənlərə, hələlik, Müdafiə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Həmin şəxslər bundan əvvəl də bir neçə dəfə dövlət qurumunun qarşısında toplaşmışdılar. Onlara onda şikayətlərinə tezliklə baxılacağı bildirilmişdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG