Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:13

Rusiya gəmisi 'Şimal axını-2'də işinə başlayır


Fortuna gəmisi
Fortuna gəmisi

Ötən həftə Norveçin DNV GL sertifikatlaşdırma şirkəti ABŞ sanksiyalarından dolayı layihədən çıxdığını təsdiqləyib

Qalmaqallı “Şimal axını-2” qaz kəmərini tamamlamalı olan Rusiya gəmisi Danimarkada işə başlayıb. Bir neçə gün öncə Birləşmiş Ştatlar gəminin ana şirkətinə sanksiyalar tətbiq edib.

Layihə adından yanvarın 24-də yayılmış bəyanatda deyilir ki, “Fortuna” gəmisi Danimarka ərazisindəki tikinti dəhlizində işə başlayıb. “İşlər müvafiq icazələr çərçivəsində aparılır”, – deyə vurğulanır.

Kəmərin 150 kilometri qalır

“Fortuna” kəmərin qalan 150 kilometrini çəkməlidir. Bunun 120 km-i Danimarka, 30 kilometri Almaniya sularına düşür. “Şimal axını-2”yə Rusiyanın “Qazprom” dövlət təbii qaz şirkəti nəzarət edir.

Yanvarın 19-da Birləşmiş Ştatlar “Fortuna”nın sahibi KVT-RUS şirkətinə sanksiyalar tətbiq edib. Məqsəd kəmərin tamamlanmasını dayandırmaqdır.

Dövlət Departamenti son baş verənləri şərh etməyib.

ABŞ hökuməti və AB-nin bəzi üzvlərinin fikrincə, Rusiyadan qazı Baltik dənizinin dibiylə Almaniyaya nəql edəcək bu layihə Avropanı enerji baxımından Moskvadan daha da asılı edəcək, Ukraynanın tranzit ölkəsi kimi rolunu kiçildəcək.

Kəmər Rusiya və Almaniya arasındakı mövcud sualtı Şimal axını qaz kəmərinin gücünü ikiqat artıracaq.

Almaniya və Rusiya isə bildirirlər ki, ABŞ-ın addımları kommersiya fəaliyyəti üzərinə qanunsuz ekstra-ərazi sanksiyalarıdır.

Digər əngəllər

Fortuna kəmər tikintisini tamamlasa belə, qazın Almaniyaya nəqli yolunda maneələr qalır. Birləşmiş Ştatların dekabrda qəbul etdiyi qanunvericilik kəməri sığortalayan istənilən şirkətə sanksiya nəzərdə tutur.

Rusiyanın kəmərə qaz vura bilməsi üçün üçüncü tərəfin sertifikatı lazımdır.

Ötən həftə Norveçin DNV GL sertifikatlaşdırma şirkəti ABŞ sanksiyalarından dolayı layihədən çıxdığını təsdiqləyib.

ABŞ-ın sanksiyaları layihəni bir illiyə yubadıb. 2019-cu ilin dekabrında Birləşmiş Ştatlar kəmərçəkən gəmilərə sanksiya tətbiq etdi. Bundan sonra İsveçrənin AllSeas şirkəti layihədən çıxdı.

Rusiya Prezidenti Vladimir Putin ötən il deyirdi ki, layihənin 2021-ci ilin dekabrınadək tamamlanacağına ümid edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG