Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:38

AzadlıqRadiosu-nun prezidenti dəyişir


Deyzi Sindelar

AzadAvropa/AzadlıqRadiosu-nun (RFE/RL) prezidenti vəzifəsini icra etmək radionun baş redaktoru Deyzi Sindelara həvalə olunub.

Ötən həftə ABŞ Qlobal Media Agentliyinin (USAGM) direktoru vəzifəsini icra etməyə başlamış Kelu Çao Bey Fanqı Azad Asiya Radiosuna (RFA) prezident təyin edib. Kelli Salivan isə Yaxın Şərq Yayın Şəbəkələrinin (MBN) prezidenti vəzifəsini icra etməyə başlayıb.

AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti Ted Lipien, RFA və MBN-in direktorları yanvarın 22-də vəzifədən azad olunublar. Onlar həmin postlara təxminən bir ay öncə təyin edilmişdilər.

Çao “Amerikanın Səs”inin (VOA) direktorunu və onun müavinini də vəzifədən kənarlaşdırıb. Kuba Yayın Ofisinin direktoru isə istefa verib.

Bütün bunlar USAGM-in keçmiş prezidenti Donald Tramp tərəfindən təyin olunmuş direktoru Maykl Pəkin məcburi istefasından sonra baş verib. Prezident Co Bayden yanvarın 20-də and içəndən bir neçə saat sonra Pək istefa verib.

Pək vəzifəyə ötən iyunda təsdiqlənmişdi. Həm demokratlar, həm də respublikaçılar onu yürütdüyü siyasətə, təyinatlarına görə tənqid edirdi.

İllik büdcəsi 800 milyon dollar olan USAGM-ə daxil olan beş yayın şəbəkəsinin həftəlik cəmi beynəlxalq izləyici sayı 350 milyon civarındadır.

XS
SM
MD
LG