Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:25

287 yeni yoluxma aşkarlanıb, 10 ölüm


Tibb işçiləri, Serbiya, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 287 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan isə 568 nəfər sağalıb.

Bu məlumatı bu gün, yanvarın 24-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 10 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər sağalıb, 3 082 nəfər vəfat edib, 5 601 aktiv xəstə var”

Qurumdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7 079, hazırkı dövrədək isə ümumilikdə 2 361 552 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG