Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:27

Teleaparıcı Larry King vəfat edib


CNN, Larry King

Amerikalı televiziya aparıcısı Larry King 88 yaşında Los Ancelesdəki xəstəxanalardan birində vəfat edib. Bu barədə onun twitter-də səhifəsində bir mesaj yayılıb. O, dekabrda yeni bir koronavirus infeksiyasına yoluxma səbəbilə xəstəxanaya yləşıdirilmişdi.

Karyerasına 1957-ci ildə Mayamidə başlayan Larry King 1985-2010-cu illərdə CNN-də, daha sona isə müxtəlif televiziyalarda çalışıb.


O, əvvəlcə radio, daha sonra televiziya reportajlarının ustası kimi tanınırdı. Demək olar ki, əksər ABŞ prezidentləri, bundan başqa Margaret Tetçer, Martin Luter King, Nelson Mandela, Frank Sinatra, Mixail Qorbaçov və digər tanınmış dövlət xadimləri və siyasətçiləri onun həmsöhbəti olub.

Vladimir Putin (sağ) və Larry King, New York, 8 sentyabr 2000
Vladimir Putin (sağ) və Larry King, New York, 8 sentyabr 2000

Bundan başqa o, 2000-ci ildə "Kursk" nüvə sualtı qayığının qəzaya uğrama səbəbləri ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə etdiyi müsahibəyə görə də tanınır.

Larry Kingin "deyərdiniz sualtı qayıqla bağlı nə baş verdi?" sualına Putin gülümsəyərək "o batdı" deyə cavab verib.

Ötən il Kingin 65 yaşlı oğlu Endi King ürək tutmasından, bir neçə hətə sonra isə 52 yaşlı qızı Kaya King ağciyər xərçəngindən vəfat edib. Jurnalist özü də səhhəti ilə bağlı bir neçə dəfə ciddi problemlər yaşayıb. 2017 -ci ildə o, ağciyər xərçəngi ilə bağlı müalicə kursu keçib.

XS
SM
MD
LG