Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 12:20

SOCAR-ın Müşahidə Şurası yaradılıb


Prezident İlham Əliyev yanvarın 23-də "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılıb.
Müşahidə Şurası Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir.

Sənədə əsasən, SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

Azərbaycan Respublikasının Prezidentinə:
- SOCAR-ın yenidən təşkili və ləğvi;
- SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Azərbaycan Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə də müəyyən məsələlər həvalə edilib.
Bura SOCAR-ın nizamnaməsinin, strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi və başqa məsələlər daxildir.

Habelə fərmandan asılı olaraq bəzi qurumlara da tapşırıqlar verilib.

Mişahidə Şurasında kimlər var?

Prezidenti İlham Əliyev habelə, SOCAR Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Müşahidə Şurasının sədri
Mikayıl Cabbarov – Azərbaycan iqtisadiyyat naziri
Müşahidə Şurasının üzvləri
Emin Hüseynov – Birinci vitse-prezidentinin köməkçisi
İsrafil Məmmədov – Dövlət Neft Fondunun İcraçı direktoru
Elnur Soltanov – Energetika nazirinin müavini
Azər Bayramov – Maliyyə nazirinin müavini
Rövşən Nəcəf – İqtisadiyyat nazirinin müavini
Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru.

Xatırlatma

SOCAR 1992- ci ildə yaradılıb.O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

XS
SM
MD
LG