Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:11

Putin məmurlar üçün yuxarı yaş həddinin ləğvini təklif edib


Xarici işlər naziri Sergey Lavrov (sağda) və Putinin köməkçisi Yuri Uşakov 70 yaşı keçiblər
Xarici işlər naziri Sergey Lavrov (sağda) və Putinin köməkçisi Yuri Uşakov 70 yaşı keçiblər

Rusiya prezidenti Vladimir Putin vəzifəyə dövlət başçısı tərəfindən təyin edilmiş məmurlar üçün yuxarı yaş həddinin ləğvini təklif edib.

O bu barədə təklifini artıq Dövlət Dumasına göndərib.

Sənəddə deyilir ki, “70 yaşa çatılması ilə bağlı məhdudiyyət mülki xidmətlərdə vəzifəyə prezident tərəfindən təyin və azad olunan mülki qulluqçulara şamil edilmir”.

Hazırkı qanun mülki qulluqda çalışanlar üçün 65 yaşı son hədd hesab edir. Bu qanun 65 yaşa çatanların istisna hallarda 70 yaşınadək vəzifəsində qalmasına icazə verir.

Putinin təklifində deyilir ki, “ayrı-ayrı hallarda ən təcrübəli və yüksək ixtisaslı şəxslərin dövlət mülki xidmətinin uzadılmasına ehtiyac yaranır”.

Lavrov da 70-i keçib

Qanun layihəsi yüksək vəzifəli məmurlar, məsələn nazir müavinləri üçün nəzərdə tutulub.

Nazirlər və federal idarələrin rəisləri qanunla dövlət qulluqçusu hesab edilmirlər, lakin onlar üçün də 70 yaş məhdudiyyəti mövcuddur.

Bu məmurların xidmət müddətləri prezidnet fərmanları ilə uzadılır. Məsələn artıq 70 yaşına çatmış xarici işlər naziri Sergey Lavrov vəzifəsində qalır. Prezidentin köməkçisi Yuri Uşakov da 70-i keçib.

Bundan əvvəl Dövlət Duması Rusiya prezidentinə Moskva və Sankt Peterburq universitetləri rektorlarının qulluq müddətlərini qeyri-müəyyən dəfə uzatmaq səlahiyyəti verib.

Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin 80-dən çox yaşı var.

Qanunla rektorlar yalnız 65 yaşınadək vəzifədə qala bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG