Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:40

Minskin mərkəzində özünü yandırıb


Hadisə yeri
Hadisə yeri

Səhiyyə Nazirliyinin bildirməsinə görə, kimliyi açıqlanmayan kişinin huşu özündədir, bədəninin 50 faizindən çoxu yanıb

Minskin mərkəzindəki Müstəqillik Meydanında özünü yandıran kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Avqustdan bəri Belarusda Alyaksandr Lukaşenkanın istefası tələbilə etirazlar keçirilir.

Yanvarın 22-də yayılmış videoda alova bürünmüş kişi yerdə bir neçə saniyə diyirlənir, onun yanında qaz balonu görünür.

İnsidentlə bağlı digər videoda polis əməkdaşları yanğını söndürməyə, yanan şəxsin üstünə yorğan atmağa çalışırlar.

Hadisə hökumətin, parlamentin, Minsk şəhər administrasiyasının, Şəhər Şurasının yerləşdiyi binanın yaxınlığında baş verib.

Minsk şəhər administrasiyasının sözçüsü Natalya Hanuseviç insidentin araşdırıldığını bildirib.

Bədəninin 50 faizindən çoxu yanıb

Daxili İşlər Nazirliyinin sözçüsü Volha Çamadanava deyib ki, “indiki məqamda insidentlə bağlı detallı informasiya vermək mümkün deyil”.

“Hadisə yerinə təhqiqat qrupu göndərilib. İnsidentin baş verdiyi bütün şərtləri öyrənəndən sonra ictimaiyyətə məlumat veriləcək”, – Çamadanava sözlərinə əlavə edib.

Səhiyyə Nazirliyinin bildirməsinə görə, kimliyi açıqlanmayan kişinin huşu özündədir, bədəninin 50 faizindən çoxu yanıb.

Avqustun 9-da Alyaksandr Lukaşenka prezident seçkisinin qalibi elan olunandan sonra Belarusu etirazlar bürüyüb. O, 1994-cü ildən hakimiyyətdədir.

Müxalifət seçkinin saxtalaşdırıldığını bildirir, demək olar, hər gün minlərlə insan küçələrə etirazlara çıxır.

Qərb Lukaşenkanın rəsmən elan olunan qələbəsini tanımayıb. Bəzi ölkələr etirazçılara qarşı zorakılığa görə Lukaşenka və digər məmurlara sanksiyalar tətbiq edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG